İnzibati, Biznes və İdarəetmə

İnsan resursları üzrə analitik

Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2026-02-13

 Əmək funksiyaları:

  • İnsan resurslarına dair məlumatların toplanması, email və sistemləşdirilməsi və təhlili;
  • Analitik arayışlar, təqdimatlar və qərar qəbul etməni dəstəkləyən hesabatların hazırlanması;
  • Məlumatların vizuallaşdırılması məqsədilə dashboard və qrafik hesabatların hazırlanması (Excel, Power BI və digər müvafiq alətlər vasitəsilə);
  • Məlumatların düzgünlüyünün, tamlığının və keyfiyyətinin təmin edilməsi;
  • İnsan resursları proseslərinin avtomatlaşdırılması üçün təklifləri hazırlamaq və icrasında iştirak edilməsi;
  • İnsan resurslarına dair məlumatların məxfiliyinin və təhlükəsizliyinin qorunması, müvafiq normativ tələblərə riayət olunması.

Namizədə dair tələblər:

  • Təhsil: Ali təhsil;(İqtisadiyyat, menecment, dövlət idarəçiliyi, insan resurslarının idarə edilməsi və əlaqəli sahələr üzrə)
  • Staj: Analoji sahədə 1-3 il iş təcrübəsi;
  • Üstünlük hesab olunur: “MOSE” və “PL-300” sertifikatlı namizədlər, İR sahəsində beynəlxalq sertifikatlı namizədlər, İR proseslərinin avtomatlaşdırılması layihələrində təcrübəsi olanlar,
  • Texniki bacarıqlar: Microsoft Excel, Power BI proqramlarında yüksək səviyyədə işləmək bacarığı, SQL, VBA və Pyhton üzrə biliklər;
  • Yumşaq bacarıqlar: Güclü ünsiyyət bacarığı, komanda və maraqlı tərəflərlə əməkdaşlıq bacarığı, analitik və sistemli düşünmə bacarığı, detallara diqqət və yüksək məsuliyyət hissi 

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “İnsan resursları üzrə analitik” yazaraq Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.