Aparıcı sistem inzibatçısı (Virtualizasiya)
Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2024-11-13
ƏSAS VƏZİFƏ FUNKSİYALARI:
- Departamentin əməliyyat planına müvafiq olaraq bölmənin vəzifələrinə dair hədəflərin yerinə yetirilməsində iştirak edir;
- Virtualizasiya və arxivlənmə sistemlərinin quraşdırılması, sazlanması və idarə edilməsi, davamlı və dayanıqlı fəaliyyətini təmin edir;
- İnformasiya texnologiyaları infrastrukturunun server və digər aparat təminatının quraşdırılması, sazlanması və idarə edilməsi, davamlı və dayanıqlı fəaliyyətini təmin edir;
- İnformasiya sistemlərinin fiziki və məntiqi topologiyasının hazırlanmasında iştirak edir;
- İnformasiya texnologiyaları infrastrukturunun server və digər aparat təminatının, əməliyyat sistemlərinin, virtualizasiya sistemlərinin Yenilənmə siyasətinə uyğun olaraq yenilənməsini təmin edir;
- İnfrastruktur komponentlərinin daimi monitorinqini və yaranan problemlərin aradan qaldırılmasını təmin edir;
- Cavabdeh olduğu informasiya sistemlərində baş verən problemlərin analiz edilməsi və qarşısının alınmasını təmin edir;
- Ümumi infrastrukturun təkmilləşdirilməsi və inkişafı ilə bağlı əməliyyat sistemlərinin, proqram vasitələrinin və texniki avadanlıqların müəyyən edilməsində, habelə texniki sənədlərin hazırlanmasında iştirak edir;
- Cavabdeh olduğu informasiya sisteminin mövcud təlimatlara və istismar qaydalarına uyğun olaraq etibarlı və davamlı fəaliyyətini təmin edir;
- İnformasiya sistemlərinin fasiləsiz fəaliyətinin təmin edilməsi üçün Mərkəzi Bankın Ehtiyat Mərkəzində fövqəladə hallarda əməliyyatların davamlılığı və fəaliyyətin bərpası prosedurlarını təşkil edir;
- Cavabdeh olduğu informasiya sistemlərinin ehtiyat surətlərinin idarəedilməsi (backup/restore) işini təşkil edir;
- İnformasiya təhlükəsizliyinin təmin olunması üçün müvafiq tədbirlər həyata keçirir;
- Bölmənin funksiyaları daxilində departament rəhbərliyinin digər tapşırıqlarını yerinə yetirir.
TƏLƏB OLUNAN BİLİKLƏR:
- Virtualizasiya sistemlərinin qurulması, idarə edilməsi üzrə bilik və iş təcrübəsi( VMware, Nutanix üstünlük verilir);
- Veeam Backup&Replication ehtiyat nüsxələmə sistemi üzrə bilik və iş təcrübəsi;
- HCİ server avadanlıqlarının idarə edilməsi üzrə iş təcrübəsi (arzuolunandır);
- SAN/NAS storage avadanlıqları ilə iş təcrübəsi;
- Tape Library (maqnit yaddaş avadanlığı) avadanlıqları ilə iş təcrübəsi;
- Windows server ƏS-ləri ilə iş təcrübəsi;
- Linux tipli ƏS-ləri ilə işləmə bacarığı arzuolunandır;
- Troubleshooting bacarıqları
- VMware: vSphere/ vCenter HA, DRS, Fault Tolerance, affinity and anti-affinity rules, vSphere Networking (Distributed Switches, Distributed port group, VMkernel Networking).
- Nutanix(Arzuolunandır): VM HA, VM affinity policies, Nutanix Foundation, VM Data Protection, Nutanix Move, aCLI, nCLI, NCC, LCM, Nutanix Volumes, Acropolis Dynamic Scheduler (ADS), VM Template Management, Networking (Open vSwitch - OVS bridges, OVS ports, OVS bonds).
- Veaam B&R: backup and restore to/from storage/tape, Veeam for AHV – arzuolunandır.
- SAN/NAS storage-ların idarə edilməsi.
- Taple Library avadanlıqların idarə edilməsi.
- HCİ server avadanlıqlarının idarə edilməsi arzuolunandır.
- Server ƏS-lərinin idarə edilməsi
Tələblər:
- Ali təhsil
- Müvafiq sahədə 2 il iş təcrübəsi
- Azərbacan dili – yüksək səviyyədə
- İngilis dili – orta səviyyədə