Maliyyə xidmətləri

Beynəlxalq investisiya mövqeyi və xarici borc şöbəsinin mütəxəssisi

Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2024-08-20

Struktur bölmənin adı; Statistika departamenti

Vəzifənin funksiyaları:

  • Şöbənin vəzifələrinə dair hədəflərin yerinə yetirilməsində iştirak etmək;
  • Əlaqədar təşkilatlardan və komitələrdən dövlət zəmanəti olmayan xarici borca dair məlumatların toplanılmasında və işlənilməsində iştirak etmək; 
  • Məcmu xarici borc çərçivəsində xarici öhdəliklərin müəyyənləşdirilməsi məqsədilə xarici investisiyaların qiymətləndirilməsi sahəsində müvafiq işlərin həyata keçirilməsində iştirak etmək; 
  • Məcmu xarici borc statistikasının hazırlanmasında iştirak etmək;
  • Əlaqədar təşkilatlardan və komitələrdən xarici borc və beynəlxalq investisiyalar haqqında hesabatların vaxtında və düzgün əldə olunmasının, əlaqəli məlumatlar ilə (İTRS, rəqəmsal balans və s.) uyğunluğuna dair üzləşdirmələrinin aparılmasının və mövcud uyğunsuzluqların aradan qaldırılmasının təmin edilməsində iştirak edir;
  • Elektron Statistik Baza və Analitik Hesabatlıq Sistemi (ESAHS) çərçivəsində məlumatların işlənilməsi və yoxlanılmasını həyata keçirir;
  • Məcmu xarici borc statistikası üzrə analitik cədvəllərin hazırlanmasında iştirak etmək;
  • Rəhbərlik və müvafiq departamentlərə təqdim olunacaq məlumatların və cədvəllər toplusunun hazırlanmasında iştirak etmək;
  • Şöbənin funksiyarına aid müxtəlif hesabatların, təqdimatların hazırlanmasında iştirak etmək; 
  • Müvafiq normativ metodoloji bazasının hazırlanması və təkmilləşdirməsində iştirak etmək;
  • Şöbənin funksiyaları daxilində müvafiq daxili və xarici yazışmanın həyata keçirilməsi;
  • Müvafiq layihələrdə iştirak etmək;
  • Departament rəhbərliyinin tapşırığına uyğun olaraq fəaliyyət istiqamətləri üzrə digər işlərin yerinə yetirilməsi

 Texniki kompetensiyalar

  • Risklərin idarəolunması – orta səviyyədə
  • Maliyyə üzrə biliklər - orta səviyyədə
  • Ümumi iqtisadiyyat və bankçılıq – yaxşı səviyyədə
  • Analitik düşüncə - yaxşı səviyyədə

Davranış kompetensiyalar

  • Təşəbbüskarlıq, təkmilləşməyə meyllilik, məsuliyyətlilik, stressə davamlılıq
  • Ünsiyyətqurma və komandada işləmə

Təcrübə

  • İqtisadi qurumların aidiyyəti sferasında iş təcrübəsi – 2 ilədək

Dil bilikləri

  • Azərbaycan dili - əla səviyyədə
  • İngilis dili - orta səviyyədə
  • Kompüter bacarıqları
  • MS Office proqramları - yaxşı səviyyədə

Təhsil

  • Maliyyə - Ali təhsil
  • İqtisadiyyat - Ali təhsil

Son müraciət tarixi – 19.08.2024