Böyük mühəndis-proqramçı (frontend developer)
Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2026-04-21
Struktur bölmənin adı
- Rəqəmsal Mühəndislik departamenti / Proqramlaşdırma və rəqəmsal həllər şöbəsi, Proqramlaşdırma bölməsi
Vəzifənin funksiyaları:
- Məhsulun uzunmüddətli frontend arxitekturasını və texniki yol xəritəsini formalaşdırmaq, strateji qərarlara rəhbərlik etmək.
- Sistemlərarası inteqrasiyalar, domen sərhədləri və modul quruluşu üzrə miqyaslana bilən həlləri dizayn etmək.
- Performans, təhlükəsizlik və etibarlılıq üçün hədəflər (SLO/SLA) təyin etmək, ölçmək və yaxşılaşdırma planlarını icra etmək.
- Platforma və dizayn sistemi üzrə sahiblənmə: komponent kitabxanası, theming/tokens, reuse və konsistentlik qaydalarını idarə etmək.
- API kontraktları və data axınını optimallaşdırmaq; keş, retry/backoff və versiya strategiyalarını müəyyənləşdirmək.
- CI/CD, build artefaktları, source map və buraxılış/rollback siyasətlərini müəyyənləşdirib tətbiq etmək.
- Texniki borcu idarə etmək: risklərin erkən aşkarlanması, refaktorinq planlaması və ardıcıl bağlanması.
- Müşahidəlilik və dayanıqlılıq: monitorinq/alerting və hadisə idarəetməsi (incident management).
- Komanda miqyasında mentorluq və bilik paylaşımı; hiring proseslərində iştirak və kompetensiya matrisinin inkişafı.
- Biznes, BA və dizayn tərəfləri ilə sıx əməkdaşlıq edərək tələbləri texniki həllə çevirmək və prioritetləri uzlaşdırmaq.
- Yol xəritəsi risklərini, asılılıqları və blokerləri proaktiv şəkildə idarə edib maraqlı tərəflərlə davamlı kommunikasiya aparmaq.
Texniki kompetensiyalar
- Yüksək səviyyədə JavaScript/TypeScript və frontend architecture anlayışı
- React və ya Angular üzrə dərin bilik, framework səviyyəsində düzgün texniki seçim etmə bacarığı
- Frontend architecture prinsipləri, modul sərhədləri və reusable həllər barədə güclü anlayış
- System design və architecture trade-off-ları barədə qərarvermə bacarığı
- State management və data flow yanaşmaları barədə güclü anlayış
- Build, tooling və CI/CD prosesləri üzrə dərin biliklər
- Frontend performance optimizasiyası, bundle strategiyası və Core Web Vitals üzrə güclü anlayış
- Design system və reusable component platforması quruluşu barədə biliklər
- Monorepo, shared package və release strategy yanaşmaları barədə anlayış
- Micro-frontend yanaşmaları və onların trade-off-ları barədə biliklər
- Testing strategy və keyfiyyət yanaşmaları barədə ümumi güclü anlayış
Təcrübə
- Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi tələb olunur
Təhsil
- Ali təhsil tələb olunur.
Dil bacarığı
- Azərbaycan dili (yüksək), İngilis dili (yaxşı)
Kompüter bacarıqları
- Microsoft Office proqramları ilə işləmə bacarığı tələb olunur.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.