Komputerləşmə və İKT

Böyük mütəxəssis (böyük data analitik)

Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2024-12-05

Struktur bölmənin adı

Maliyyə monitorinqi üzrə siyasət və tənzimlənmə departamenti, Sahəvi risklərin təhlili və informasiya dəstəyi şöbəsi

Son müraciət tarixi: 04.12.2024

Vəzifənin funksiyaları:

  • Data sahəsində keçirilən konfranslarda, seminarlarda, forumlarda, treninqlərdə və digər tədbirlərdə iştirak edir;
  • Müvafiq qanunvericilikdə nəzərdə tutulmuş, habelə rəhbərliyin tapşırığına uyğun olaraq departamentin fəaliyyət istiqamətləri üzrə digər işləri yerinə yetirir;
  • Şöbənin fəaliyyət istiqamətləri üzrə Mərkəzi Bankın aldığı texniki yardım layihələrində iştirak edir;
  • Şöbənin vəzifələrinin icrası ilə əlaqədar səlahiyyətləri daxilində Mərkəzi Bankın struktur bölmələrinə sorğu verir və onlardan məlumatları (sənədləri) alır, zəruri məlumatların (sənədlərin) əldə edilməsi məqsədilə dövlət orqanlarına (qurumlarına) və maliyyə institutlarına sorğular hazırlayır;
  • Səlahiyyətlərinə aid məsələlərlə bağlı şöbəyə daxil olan müraciətlərə baxır, zəruri hallarda müraciətdə qeyd olunan məsələlərlə bağlı araşdırmaları aparır, sorğu və məktublara cavablar hazırlayır;
  • Maliyyə institutları üzrə metodoloji bazanın hazırlanması və təkmilləşdirilməsi proseslərində iştirak edərək aidiyyəti üzrə rəy və təkliflər verir;
  • Departamentin əməliyyat, yoxlama planlarının və büdcə layihəsinin hazırlanmasında iştirak edir, təsdiq edilmiş planların icrasına nəzarət edir və planların icrasına dair məlumatı rəhbərliyə təqdim edir;
  • ƏL/TM/KMM üzrə nəzarət strategiyasının hazırlanmasında iştirak edir, Departament tərəfindən istifadə edilən informasiya sistemlərinin (proqram təminatlarının) təkmilləşdirilməsi, eləcə də yeni sistemlərin tətbiqi üzrə təkliflər verir və müvafiq texniki tapşırıqların hazırlanmasında iştirak edir;
  • Risk əsaslı nəzarətin tətbiqi üçün müvafiq informasiya və hesabatlıq sistemini formalaşdırır və əməliyyat inzibatçılığını həyata keçirir, habelə ƏL/TM/KMM üzrə nəzarət informasiya sistemləri alətlərinin tətbiqini təmin edir;
  • Daimi data keyfiyyətinin yoxlayır;
  • Departamentin hesabatları avtomatlaşdırır;
  • Çıxarılan data üzərində vizualizasiya işlərini görür və effektiv hesabatlar tərtib edir;
  • Qiymətləndirmə aparılması üçün modeli qurur;
  • ƏL/TM/KM risklərini qiymətləndirilməsi üçün Mİ-larından data toplanması təmin edir;

Texniki kompetensiyalar

  • Təqdimat və yazı bacarıqları
  • Risklərin qiymətləndirilməsi üzrə biliklər
  • Maliyyə sahəsində (bank, sığorta, qiymətli kağızlar, BOKT, valyuta mübadiləsi və s.) qanunvericilik bilikləri
  • ƏL/TM/KMM sahəsində qanunvericilik bilikləri
  • Biznes ehtiyaclarına uyğun interaktiv və cəlbedici dashboardlar yaratmaq bacarığı
  • Vizuallaşdırma bacarıqları (Oracle BI, Power BI və ya digərləri)

Təcrübə

  • İrihəcmli dataların işlənib hazırlanması sahəsində və Data analitikası, data istehsalı və ya data elmi ilə bağlı işlərlə əlaqəli 2 illik təcrübə 

Təhsil

  • Ali təhsil, Data Elmləri (Data Science), Statistika, Biznes, İqtisadiyyat və ya müvafiq sahə üzrə bakalavr dərəcəsi

Davranış kompetensiyaları

  • Detallara diqqət yetirmək
  • Dürüstlük, obyektivlik
  • İdarəetmə (təşkiletmə, prioritetləşdirmə, tapşırıqların bölgüsü, resursların ayırması)
  • İnnovativlik və kreativlik
  • Komandada işləmə
  • Qərar qəbuletmə
  • Sahə üzrə müasir trendləri mütəmadi izləmə
  • Tənqidi düşünmə, araşdırma və təhlil etmə
  • Təşəbbüskarlıq
  • Ünsiyyətqurma

Dil bacarığı

  • Səlis azərbaycan, yaxşı səviyyədə ingilis dili bacarığı arzuolunandır

Kompüter bacarıqları

  • MS Office proqramları (xüsusilə MS Excel), Oracle BI və ya Power BI və iri həcmli məlumatların təhlili üzrə proqram təminatı (SQL, Python, və s.) ilə işləmə bacarığı arzuolunandır

Sertifikatlar

  • Oracle SQL Expert  sertifikatı olanlara üstünlük verilir