Data departamenti / Data əməliyyatları və analitika şöbəsi / Analitika Bölməsinin Aparıcı data mühəndisi
Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2025-09-11
Vəzifənin funksiyaları:
- Data əsaslı informasiya sistemlərinin yaradılmasında və istismara verilməsində iştirak edir;
- Məlumat keyfiyyətini yoxlamaq və məlumat təmizləmə işlərini yerinə yetirir;
- Böyük məlumat dəstləri üzərində statistik analizlər hazırlıyır;
- Məlumat modelləri yaradır və iş prosesləri üçün analitik həllər inkişaf etdirir;
- Struktur vahidlərə analitik hesabatlıq üzrə dəstək təmin edir və data əsaslı qərar vermə proseslərinə töhfə verir;
- Məlumat analizi layihələrinin idarə edilməsinə dəstək göstərir və koordinasiyası edir;
- Təşkilatın müxtəlif struktur bölmələri ilə ilə yaxın əməkdaşlıq edərək məlumat ehtiyaclarını müəyyənləşdirir;
- Məlumat analitikası və data mining proseslərinin icrası, böyük və kompleks məlumat dəstləri üzərində analizlərin aparılması;
- Mürəkkəb məlumat dəstlərinin təhlili vasitəsilə inkişaf meyllərinin və potensial imkanların müəyyən edilməsi;
Texniki kompetensiyalar
- SQL
- Data analitikasına dair proqramlaşdırma dilləri (Python və ya R) üzrə yüksək biliklər.
- Müxtəlif növ verilənlər bazası ilə işləmək təcrübəsi(Oracle, MySQL, PostgreSQL).
- Dataların vizuallaşdırılması alətləri (Power BI , Tableau və.s ) ilə təcrübə tələb olunur
Təcrübə
- Müvafiq sahə üzrə 3 illik iş təcrübəsi tələb olunur.
Təhsil
- IT, Riyaziyyat, İqtisadiyyat, Kompüter texnologiyaları, Mühəndislik yönümlü ixtisaslar üzrə ali təhsil tələb olunur
Dil bacarığı
- Azərbaycan dili - yüksək səviyyədə / İngilis dili - yaxşı səviyyədə
Kompüter bacarıqları
- MS Office proqramları üzrə işləmək bacarığı tələb olunur
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.