Hüquq və məhkəmə xidmətləri

Hüquq məsləhətçisi

Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2025-09-20

Struktur bölmənin adı

  • İstehlakçılarla iş departamenti \ Maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi şöbəsi 

Vəzifənin funksiyaları:

  • Şöbəyə maliyyə xidmətləri istehlakçılarından və investorlardan (bundan sonra-istehlakçılar) daxil olan müraciət və şikayətlərə baxılması və qanunvericiliklə müəyyən edilmiş qaydada araşdırmalar aparılması;
  • İstehlakçıların pozulmuş hüquqlarının bərpa olunması ilə bağlı müvafiq tədbirlər görülməsi;
  • İstehlakçıların hüquqlarının müdafiəsinin təkmilləşdirilməsi ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsinə dair təkliflər verilməsi;
  • Müraciətlərinin araşdırılması zamanı zəruri hallarda vətəndaşların qəbulunun həyata keçirilməsi;
  • Şöbənin fəaliyyət istiqamətləri üzrə beynəlxalq təcrübənin öyrənilməsi, araşdırmaların aparılması və təkliflərin hazırlanması.

Texniki kompetensiyalar

  • “Vətəndaşların müraciətləri haqqında” AR Qanunu üzrə biliklər (yüksək səviyyədə)
  • Sığorta qanunvericiliyi üzrə biliklər (yaxşı səviyyədə)
  • Mülki qanunvericilik üzrə ümumi biliklər (orta səviyyədə)
  • İqtisadiyyat və maliyyə sahəsində ümumi biliklər (orta səviyyədə)
  • Təqdimat və yazı bacarığı (yaxşı səviyyədə)

Təcrübə

  • Sığorta sahəsində iş təcrübəsi (1 il) 

Təhsil

  • Ali təhsil (Hüquqşünaslıq) 

Dil bacarığı

  • Azərbaycan dili səlis, İngilis dili və Rus dili arzuolunandır 

Kompüter bacarıqları

  • MS Office proqramları (yaxşı səviyyədə) 

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.