Komputerləşmə və İKT

İnformasiya və kibertəhlükəsizlik departamenti / İnformasiya və kibertəhlükəsizlik siyasəti və nəzarəti şöbəsinin Mütəxəssisi

Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2025-09-11

Vəzifənin funksiyaları:

  • Əməliyyat planının icrasına nəzarətin təmin edilməsi üzrə tapşırıqların yerinə yetirilməsi;
  • İnformasiya və kibertəhlükəsizlik üzrə baş verən yeniliklərin daim izlənilməsi və proseslərdə nəzərə alınması üçün təkliflərin verilməsi;
  • İnformasiya təhlükəsizliyi üzrə normativ-metodoloji bazanın hazırlanması və davamlı aktuallaşdırılması ilə bağlı zəruri araşdırmaların aparılması, təqdimatların, hesabatların hazırlanması;
  • İnformasiya təhlükəsizliyi idarəetmə sistemi üzrə müəyyən edilmiş nəzarət tədbirlərinin səmərəliliyinin qiymətləndirilməsi;
  • İnformasiya təhlükəsizliyi idarəetmə sisteminin beynəlxalq standartların tələblərinə uyğunlaşdırılması və tətbiqinə nəzarətin həyata keçirilməsi üzrə zəruri koordinasiyanın təmin edilməsi;
  • İnformasiya təhlükəsizliyi üzrə yoxlama proseslərində iştirak;
  • Əməliyyat risklərinin qiymətləndirilməsi prosesi çərçivəsində informasiya təhlükəsizliyi risklərini qiymətləndirilməsi və cavab tədbirlərini formalaşdırılması üçün təkliflərin verilməsi və əsaslandırılması;
  • Korporativ layihə idarəetmə konsepsiyasına uyğun olaraq lahiyələrin həyata keçirilməsi zamanı informasiya təhlükəsizliyi tələblərlərinin müyyən edilməsi və təmin edilməsinə dəstək göstərilməsi;
  • Audit yoxlama nəticələrinin araşdırılması və müvafiq tədbirlər planlarının hazırlanması;
  • İnformasiya və kibertəhlükəsizliyin təmin olunması sahəsində bankdaxili hazırlıq və maarifləndirmə prosesinin icra edilməsi;
  • İnformasiya və kibertəhlükəsizlik üzrə məmnunluq səviyyəsinin ölçülməsi ilə bağlı sorğuların keçirilməsinin təşkili, yekun hesabatların hazırlanması

Texniki kompetensiyalar:

  • Məlumatların tamlığının monitorinq edilməsi
  • Səlahiyyətli giriş hüquqlarına nəzarət 
  • Məlumat bazalarının təhlükəsizliyinin təmin edilməsi
  • Məlumat sızıntısının qarşısının alınması
  • Zəifliklərin aşkar edilməsi sistemləri ilə iş təcrübəsi
  • Ünsiyyətqurma və komanda ilə işləmək və liderlik bacarığı; 
  • Analitik düşünmə bacarığı;
  • Problemləri həll etmə, qərar qəbul etmə və hesabat tərtib etmə bacarığı;

Təcrübə:

  • İnformasiya texnologiyaları sahəsində ümumilikdə 3 il, müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi tələb olunur

Təhsil:

  • İnformasiya texnologiyaları, Kompüter elmləri və mühəndisliyi və ya Tətbiqi riyaziyyat üzrə ali təhsil tələb edilir. 

Dil bacarığı:

  • Azərbaycan dili - yüksək səviyyədə  / İngilis dili - yaxşı səviyyədə 

Kompüter bacarıqları:

  • MS Office proqramları, xüsusilə MS Word, MS Excel və MS Power Point, MS Windows

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.