Maliyyə xidmətləri

İqtisadçı

Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2025-06-15

Struktur bölmənin adı: Maliyyə sabitliyi departamenti \ Maliyyə sabitliyinin təhlili şöbəsi 

Vəzifənin funksiyaları:

  • Maliyyə sabitliyinə və maliyyə institutlarının dayanıqlığına təhdid yaradan risklərin identifikasiyası, onların təhlili, qiymətləndirilməsi, monitorinqinin təşkili və neytrallaşdırılması ilə bağlı təkliflərin hazırlanmasında iştirak; 
  • Sistem böhranları üzrə ilkin xəbərdarlıq göstəricilərinin müəyyən edilməsi və sistem risklərinin təhlili çərçivəsinin formalaşdırılmasında iştirak;
  • Makroprudensial alətlərin tətbiqi ilə bağlı qiymətləndirmələr aparılması və makroprudensial siyasətin formalaşdırılmasında iştirak;
  • Sistem əhəmiyyətli maliyyə institutlarının siyahısının müəyyən edilməsində iştirak;
  • Maliyyə institutlar üzrə şəbəkə əlaqələri, konsentrasiya, müştərək və yoluxma risklərinin müəyyənləşdirilməsi və təhlili;
  • Maliyyə institutları üzrə tənzimləmə çərçivəsinin təkmilləşdirilməsinə dair aidiyyəti departamentlərə təkliflər formalaşdırılması;
  • Pul siyasəti və Maliyyə Sabitliyi Komitəsi üzrə materialların hazırlanmasında iştirak; 
  • Maliyyə sabitliyi hesabatı və digər analitik hesabatların hazırlanmasında iştirak;
  • Şöbənin fəaliyyət istiqamətləri üzrə beynəlxalq təcrübənin öyrənilməsi, araşdırmaların aparılması və təkliflərin hazırlanması; 
  • Departament rəhbərliyinin tapşırığına uyğun olaraq fəaliyyət istiqamətləri üzrə digər işlərin yerinə yetirilməsi.

Texniki kompetensiyalar: 

  • Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında qanun (Yüksək səviyyədə) 
  • Ümumi iqtisadiyyat və bankçılıq (Yüksək səviyyədə)
  • Makroiqtisadiyyat (Yüksək səviyyədə)
  • Maliyyə sabitliyi (Yüksək səviyyədə)
  • Maliyyə sistemi, maliyyə bazarları və alətləri (Yüksək səviyyədə)
  • Maliyyə (Yüksək səviyyədə)

Təcrübə: 

  • Maliyyə sektorunda, investisiya sahəsində və ya iqtisadi sektorda müvafiq istiqamət üzrə (1 il) 

Təhsil: 

  • Ali təhsil (iqtisadiyyat/maliyyə/ bank-sığorta işi/biznesin idarəedilməsi);

Dil bacarığı: 

  • Azərbaycan dili (əla səviyyədə), İngilis dil (yüksək səviyyədə)

Kompüter bacarıqları: 

  • MS Office proqramları (xüsusilə MS Excel) (yaxşı səviyyədə)

Sertifikatlar: 

  • CFA, FRM və ya analoji sahədə digər peşəkar sertifikatlar arzuolunandır.

Maraqlanan namizədlər Müraciət Et düyməsində qeyd olunan link-ə daxil ola bilərlər.