Maliyyə xidmətləri

Azərbaycan Respublikasının Mərkəzi Bankı

İqtisadçı

Struktur bölmənin adı

  • Tədqiqatlar departamenti \ Mikroiqtisadi tədqiqatlar şöbəsi

Vəzifənin funksiyaları:

  • Təhlil və tədqiqatlar üçün tələb olunan statistik göstəricilərin mütəmadi toplanması,  məlumat bazalarının yenilənməsi və tədqiqat işinin tələblərinə uyğunlaşdırılması;
  • İqtisadiyyatın sahələri üzrə tədqiqatların aparılması, o cümlədən sənaye-klaster siyasəti, sənaye iqtisadiyyatına dair araşdırmalarda iştirak;
  • Mikroiqtisadi subyektlərin, o cümlədən ev təsərrüfatları və şirkətlərin maliyyə-iqtisadi davranışlarının, biznesin inamı və istehlakçı gözləntilərinə təsir edən amillərin analitik təhlilində və bu istiqamətdə tədqiqat işlərinin aparılmasında iştirak;
  • İşsizlik, bazar uğursuzluğu və rəqabət, səmərəlilik və sair kimi mikroiqtisadi məsələlər üzrə tədqiqat ideyalarının müəyyən edilməsində, bu sahədə araşdırmaların aparılması və nəticələri barədə analitik yazıların hazırlanmasında iştirak;
  • Müxtəlif məlumat bazaları, o cümlədən böyük verilənlərdən istifadə etməklə istehlak bazarında qiymətlər, daşınmaz əmlak bazarında qiymətlər, iqtisadi fəaliyyət sahələri üzrə ödəniş məlumatları əsasında iqtisadi aktivlik kimi göstəricilərin mütəmadi təhlili;
  • AMB-nin struktur bölmələrinin sorğusu əsasında tematik tədqiqatların aparılmasında iştirak;
  • Maliyyə sektoru, xüsusilə bank sektoruna dair tədqiqatların aparılmasında iştirak;
  • Şöbənin fəaliyyət istiqamətləri üzrə beynəlxalq təcrübənin öyrənilməsi, araşdırmaların aparılması və şöbənin funksiyalarına aid müxtəlif hesabatların, təqdimatların, metodoloji sənədlərin hazırlanmasında iştirak;

Texniki kompetensiyalar

  • Mikroiqtisadiyyat (yüksək səviyyədə)
  • Ümumi iqtisadiyyat və bankçılıq (yüksək səviyyədə)
  • Monetar iqtisadiyyat və pul siyasəti (orta səviyyədə)
  • Statistika və ekonometrika (orta səviyyədə)
  • Makroiqtisadiyyat (orta səviyyədə)
  • Beynəlxalq iqtisadiyyat (orta səviyyədə)
  • Təqdimat və yazı bacarıqları (orta səviyyədə)

Təcrübə

  • Müvafiq sahədə iş təcrübəsi (2 il) 

Təhsil

  • İqtisadiyyat (Ali təhsil)
  • Maliyyə (Ali təhsil) 

Dil bacarığı

  • Səlis azərbaycan, yüksək səviyyədə ingilis dili bilikləri 

Kompüter bacarıqları

  • MS Office proqramları (yüksək səviyyədə)
  • Statistik və ya ekonometrik - riyazi tətbiqi proqramlar (R, Python, Stata, Eviews, Matlab proqramlarından hər hansı biri üzrə orta səviyyə) 

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Daha çox blog yazılarımız:

[moreBlogs]