Maliyyə xidmətləri

Maliyyə texnologiyaları və innovasiyalar departamenti, Maliyyə texnologiyaların təhlili və inkişafı şöbəsi – Kiçik mütəxəssis

Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2024-10-24

Əsas vəzifə funksiyaları:

  • Departamentin əməliyyat planına müvafiq olaraq şöbənin vəzifələrinə dair hədəflərin  yerinə yetirilməsində iştirak edir 
  • Maliyyə texnologiyalarının və innovasiyaların tətbiqi ilə bağlı təcrübələrin izlənilməsini, öyrənilməsini, ölkədə tətbiqi ehtimallarının araşdırılmasını və əldə oluna biləcək faydaların effektivliyinin qiymətləndirilməsini təmin edir; 
  • Ölkədə maliyyə texnologiyaları sahəsi üzrə baş verən yenilikləri daim izləyərək innovativ həllərin və alətlərin istifadəsi istiqamətində araşdırmalarla tanış olur,müvafiq təklifləri ( discovery cases) formalaşdıraraq, bu istiqamət üzrə inkişaf strategiyalarını hazırlayır və daim yeniləyir.
  • İnformasiya texnologiyaları departamentinin proqramlaşdırma üzrə məsul şöbəsi ilə birgə maliyyə bazarlarında maliyyə texnologiyalarının inkişafı istiqamətində avtomatlaşdırılacaq sahələri müəyyən edir və müvafiq layihələrin realizasiyasında dəstək olur.
  • Maliyyə bazarlarında maliyyə texnologiyaları üzrə tətbiq edilən informasiya sistemlərinin və rəqəmsal həllərin layihələndirilməsində, yaradılmasında, sınaqdan keçirilməsində, qarşılıqlı inteqrasiyasında, istismara verilməsində və davamlı modernizasiyasında iştirak edir
  • Maliyyə texnologiyalarının və innovasiyaların tətbiqi üzrə bazar araşdırmasını aparır, texnoloji həlləri təhlil edir və tətbiq üçün təkliflər hazırlayır;
  • Müvafiq layihələrdə iştirak edir;
  • Funksional fəaliyyətə dair müvafiq hesabatların hazırlanaraq aidiyyatı üzrə təqdim edilməsi;
  • Müvafiq normativ metodoloji bazasının hazırlanması və təkmilləşdirməsinin təşkilində iştirak;
  • Şöbənin funksiyaları daxilində departament rəhbərliyinin digər tapşırıqlarını yerinə yetirilməsi.

Tələb olunan bilik və bacarıqlar:

  • Təqdimat və yazı bacarığı
  • İT sahəsində texnoloji və idarəetmə standartlar üzrə biliklər
  • Layihələrin idarəolunması
  • Analitik təhlil etmə 
  • Təşkilatçılıq və planlaşdırma 
  • Ünsiyyətqurma bacarığı; 
  • Analitik düşünmə bacarığı;
  • Araşdırma aparma
  • Vaxtın idarəedilməsi bacarığı
  • Qərar qəbul etmə bacarığı;

Digər tələblər:

  • Dil bacarıqları - Azərbaycan dili - yüksək səviyyədə  / İngilis dili - orta səviyyədə 
  • Təcrübə - Müvafiq sahədə təcrübə arzuolunandır 
  • Təhsil - İT, Tətbiqi riyaziyyat, layihələrin idarəedilməsi istiqamətləri üzrə ali təhsil
  • Kompüter bacarıqları - MS Office yüksək səviyyədə
  • Sertifikatlar - PSPO1 mütləqdir.

Link: https://www.cbar.az/hr/f?p=100:10