İnzibati, Biznes və İdarəetmə

Müraciətlərin təhlili bölməsinin mütəxəssisi

Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2024-08-12

Struktur bölmənin adı: İstehlakçılarla iş departamenti
Vəzifənin adı: Müraciətlərin təhlili bölməsinin mütəxəssisi

 

Vəzifənin funksiyaları:

  • Departamentin daxili statistik təhlillərini aparmaq;
  • Departamentin daxili hesabatlarını hazırlamaq, aidiyyəti üzrə göndərilməsini təmin etmək;
  • Departamentə daxil olan müraciətlərin təhlilini aparmaq və bu istiqamətdə işlərin görülməsini təmin etmək;
  • Departamentin daxilində mövcud olan Müraciətlərin Qeydiyyatı Sistemində dürüstlüyü təmin etmək;
  • Maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi istiqamətində təşkil olunan yoxlamalarda iştirak etmək;
  • Sahənin inkişafı ilə bağlı beynəlxalq praktikada mövcud olan üsulları araşdırmaq;

Kompetensiyalar:
Əsas kompetensiyalar

  • Təşəbbüskarlıq 
  • Məsuliyyətlilik
  • Komandada işləmə
  • Təkmilləşməyə meyllilik

Texniki kompetensiyalar:

  • “Vətəndaşların müraciətləri haqqında” AR Qanunu üzrə biliklər
  • Bank və ya sığorta ilə bağlı qanunvericilik bilikləri
  • Konstitusiyanın əsasları üzrə ümumi biliklər
  • İqtisadiyyat və maliyyə sahəsində ümumi biliklər
  •  Təqdimat və yazı bacarığı 

Davranış kompetensiyaları

  • Analitik təhlil etmə
  • Ünsiyyətqurma
  • Vaxtın idarəedilməsi
  • Qərar qəbul etmə
  • Stressə davamlılıq

Təcrübə:

  • Maliyyə sektorunda azı 1 illik iş təcrübəsi

Təhsil:

  • Ali təhsil;

Dil bacarığı:

  • Səlis azərbaycan, yaxşı səviyyədə ingilis dili bacarığı
  • Kompüter bacarıqları
  • MS Office proqramları (xüsusilə Excel);

Müraciət üçün son tarix: 11.08.2024