Maliyyə xidmətləri

Mütəxəssis / İnformasiya texnologiyaları əməliyyatları departamenti / Monitorinq şöbəsi

Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2025-11-26

Vəzifənin funksiyaları:

  • Sistemlərin fasiləsiz və etibarlı fəaliyyətinə nəzarət edilməsi, göstəricilərin izlənməsi və texnoloji nasazlıqların vaxtında aşkarlanması.
  • Monitorinq nəticəsində aşkar olunan insident və problemlərin ilkin diaqnostikasının aparılması, müvafiq struktur bölmələrin məlumatlandırılması və operativ tədbirlərin görülməsi.
  • Kommunikasiya protokolları, əməliyyat axınları və inteqrasiya nöqtələri üzrə nəzarət və uyğunsuzluqların aradan qaldırılması.
  • İnsidentlərin qeydiyyatı və təkrarlanan problemlərin analizi əsasında qarşısının alınması ilə bağlı təkliflərin hazırlanması.
  • Sistem göstəriciləri və müraciətlər üzrə statistik məlumatların təhlili, aylıq və ya tələb olunan hesabatların hazırlanması.
  • Monitorinq alətləri və ssenarilərinin təkmilləşdirilməsi, yeni nəzarət mexanizmlərinin hazırlanması və sınaqdan keçirilməsi.

Texniki kompetensiyalar:

  • Layihələrin və risklərin idarəetmə bacarığı
  • Ödəniş sistemləri və əlaqəli proqram təminatları ilə biliklər və təcrübə
  • İnsidentlərin texniki izahı
  • Texniki sənədlərin hazırlanması
  • Proseslərin avtomatlaşdırılması
  • Logların araşdırılması

Təcrübə:

  • Müvafiq sahədə 1 il təcrübə tələb olunur. 

Təhsil:

  • İnformasiya Texnologiyaları, Riyaziyyat yönümlü ixtisaslar üzrə ali təhsil tələb olunur.

Dil bacarığı:

  • Səlis azərbaycan, yaxşı səviyyədə ingilis dili bacarığı tələb olunur.

Kompüter bacarıqları:

Tələb olunan bacarıqlar:

  • Müxtəlif platformalı (Linux, Windows) əməliyyat sistemləri üzrə istifadəçi səviyyəsində biliklər.
  • Şəbəkə prinsipləri və protokolları (TCP/IP, DNS, VPN, Routing) üzrə baza bilikləri və əlaqə problemlərinin ilkin diaqnostikası bacarığı.
  • Monitorinq alətləri üzrə praktiki bacarıqlar — Zabbix, Grafana, Prometheus kimi sistemlərin qurulması, alert-lərin tənzimlənməsi və dashboard-ların hazırlanması.
  • Sistem göstəricilərinin (metriklərin, log-ların, status-ların) təhlil edilməsi və insidentlərin səbəblərinin müəyyən olunması bacarığı (troubleshooting).
  • SQL dili üzrə əsas biliklər, sorğuların yazılması və mövcud sorğuların oxunaraq təhlil edilməsi bacarığı.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.