İnzibati, Biznes və İdarəetmə

Ödəniş sistemləri və məhsulların inkişafı departamenti \ Kart məhsullarına dəstək bölməsi \ Bölmə rəhbəri

Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2025-11-12

Funksiyalar

  • Beynəlxalq maliyyə bazarında baş verən inkişaf tendensiyaları nəzərə alınmaqla Banklararası Kart Mərkəzinin funksional imkanlarının daim təkmilləşdirilməsi və müasir tələblərə uyğun şəkildə inkişaf etdirilməsi üzrə təkliflər hazırlayır;
  • Banklararası Kart Mərkəzinin səmərəliliyi və istismar effektivliyinin artırılması istiqamətində sistemin iştirakçıları ilə görüşlər təşkil edir, qarşılıqlı fəaliyyət göstərir;
  • Banklararası Kart Mərkəzinin iştirakçıları arasında olan etiraz əməliyyatlarının aparılması üçün müəyyən edilmiş prosedurları həyata keçirir;
  • Informasiya sistemlərinin monitorinqi üzrə müvafiq struktur bölmələr tərəfindən daxil olan müraciətləri cavablandırır, o cümlədən insidentlərin aradan qaldırılması üçün müvafiq tədbirlər görür;
  • Departamentin gördüyü və növbəti dövr üzrə planladığı işlər barədə dövri hesabatlar hazırlayır və aidiyyəti üzrə təqdim edir
  • Şöbənin funksiyaları daxilində departament rəhbərliyinin digər tapşırıqlarını yerinə yetirilməsi.

Əsas kompetensiyalar

  • Analitik təhlil etmə
  • İnnovativlik və kreativlik
  • Komandada işləmə
  • Məsuliyyətlilik
  • Planlaşdırma
  • Stressə davamlılıq
  • Təkmilləşməyə meyllilik
  • Təşəbbüskarlıq
  • Ünsiyyətqurma
  • Vaxtın idarə edilməsi

Texniki kompetensiyalar

  • Təqdimat və yazı bacarığı - Yaxşı səviyyədə
  • Aidiyyəti sahə üzrə qanunvericilik bilgiləri - Orta səviyyədə
  • Layihələrin idarəetmə bacarığı - Orta səviyyədə
  • İT sahəsində texnoloji və idarəetmə standartlar üzrə biliklər - Orta səviyyədə

Təcrübə

  • Müvafiq sahə üzrə 2 il
  • Təhsil  - İT, idarəetmə, iqtisadiyyat, biznes, komputer texnologiyaları yönümlü ixtisaslar üzrə ali təhsil

 Dil bacarığı - Yüksək səviyyədə

  • Azərbaycan dili
  • Yüksək səviyyədə
  • İngilis dili

Kompüter bacarıqları - Orta səviyyədə

  • MS Office yüksək səviyyədə, MS Project orta səviyyədə, biznes proses analizi və modelləşdirmə alətləri

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.