İnzibati, Biznes və İdarəetmə

Sığorta fəaliyyətinin tənzimlənməsi departamenti \ Tənzimləmə siyasəti şöbəsi \ Böyük analitik (Risk, maliyyə üzrə)

Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2025-05-22

Vəzifənin funksiyaları:

  • Sığorta bazarının riskləri və inkişafı üzrə trendlərə, müəyyən edilmiş strateji hədəflərə uyğun olaraq tənzimləmə siyasətinin formalaşdırılması üzrə təkliflər hazırlayır;
  • Sığorta bazarının tənzimlənməsi üzrə beynəlxalq təcrübədə istifadə olunan nəzəri və praktiki məsələləri öyrənir, beynəlxalq təcrübələrin və standartların tətbiqi üzrə təkliflər hazırlayır;
  • Sığorta bazarı üzrə risklərinin inkişaf trendlərinin izlənilmə nəticələrinə uyğun olaraq sığorta ehtiyatlarının yaradılması, kapital adekvatlığı, sığorta və təkrarsığorta fəaliyyəti üzrə mövcud tənzimləmə çərçivəsini daimi əsasda qiymətləndirir, aşkar edilmiş tənzimləmə boşluqları əsasında müvafiq təkliflər hazırlayır;
  • Sığorta bazarında aparılan nəzarət fəaliyyətlərinin nəticələrinə uyğun olaraq nəzarət proseslərinin, habelə nəzarət tədbirlərinin qanunvericilik bazasını Sığortaçılara prudensial nəzarətin metodologiyası şöbəsi ilə birlikdə daimi əsasda qiymətləndirir, aşkar edilmiş tənzimləmə boşluqları əsasında müvafiq təkliflər hazırlayır;
  • Sığorta bazarının inkişaf strategiyasının formalaşdırılması üzrə təkliflər verir;
  • Sığorta bazarının maliyyə dayanıqlığının qiymətləndirilməsi ilə bağlı stress-testlərin tətbiqi prosesində iştirak edir;
  • Müəyyən sığorta növləri üzrə sığorta qaydalarının formalaşdırılmasını və daimi təkmilləşdirilməsini həyata keçirir;
  • Sığorta bazarı üzrə normativ-metodoloji sənədlərin tətbiq edilməsi ilə əlaqədar nəzarət subyektlərinə metodoloji dəstək göstərir;
  • Zəruri hallarda Departament direktorunun razılığı əsasında səlahiyyətlərinə aid olan məsələlər üzrə sığorta bazarının iştirakçılarını dəvət etməklə təlimlər, iclaslar və müşavirələr keçirilməsində iştirak edir;
  • Departament rəhbərliyinin tapşırığı ilə Mərkəzi Bankın rəhbərliyi və struktur bölmələri üçün arayışlar və materiallar hazırlayır;
  • Şöbənin funksiyalarına aid müxtəlif hesabatları, təqdimatları hazırlayır və aidiyyatı üzrə təqdim edir;
  • Şöbənin funksiyaları daxilində müvafiq daxili və xarici yazışmanı həyata keçirir;
  • Departament rəhbərliyinin tapşırığına uyğun olaraq fəaliyyət istiqamətləri üzrə digər işləri yerinə yetirir.

Kompetensiyalar

Davranış kompetensiyaları

  • İnnovativlik və kreativlik
  • Komandada işləmə
  • Stressə davamlılıq
  • Təkmilləşməyə meyllilik
  • Təşəbbüskarlıq
  • Ünsiyyətqurma
  • Vaxtın idarəedilməsi
  • Məsuliyyətlilik

Texniki kompetensiyalar

  • Ümumi iqtisadiyyat və sığorta işi
  • Maliyyə
  • Maliyyə riyaziyyatı
  • Təqdimat və yazı bacarıqları
  • Analitik təhlil

Təcrübə

  • Sığorta və ya maliyyə sahəsində iş təcrübəsi - 3 il
  • Maliyyə vəziyyətinin analizi, risklərin dəyərləndirilməsi sahəsində iş təcrübəsi tələb edilir.

Təhsil 

  • Ali təhsil (İqtisadiyyat, maliyyə, riyaziyyat, ekonometrika)

Dil bacarığı

  •  Azərbaycan dili (yüksək səviyyədə), İngilis dili (yaxşı səviyyədə)

Kompüter bacarıqları 

  • MS Office proqramları – yaxşı səviyyədə

Maraqlanan namizədlər Müraciət et butonunda qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.