Maliyyə xidmətləri

Şöbə rəisi

Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2025-09-23

Struktur bölmənin adı

  • Maliyyə texnologiyaları və innovasiyalar  departamenti / Maliyyə texnologiyalarının təhlili və inkişafı şöbəsi

Vəzifənin funksiyaları:

  • Departamentin əməliyyat planına müvafiq olaraq şöbənin vəzifələrinə dair hədəflərin yerinə yetirilməsində iştirak edir;
  • Maliyyə texnologiyaları və innovasiyaların tətbiqi üzrə bazar araşdırması aparır, texnoloji həlləri təhlil edir və tətbiq üçün təkliflər hazırlayır;
  • Ölkədə maliyyə texnologiyaları sahəsində baş verən yenilikləri izləyir, innovativ həllərin və alətlərin istifadəsi istiqamətində araşdırmalar aparır, müvafiq təkliflər (discovery cases) formalaşdırır və inkişaf strategiyalarını hazırlayır;
  • Maliyyə bazarlarında tənzimləyici tələblərə riayət olunmasının səmərəliliyini artırmaq (RegTech) və nəzarətin effektivliyini yüksəltmək (SupTech) məqsədilə texnologiyaların tətbiqi üzrə təhlillər aparır, yerli və beynəlxalq təcrübəni öyrənir;
  • Maliyyə bazarlarında innovativ texnologiyaların yaradılması, pilot rejimində sınaqdan keçirilməsi və tətbiqində iştirak edir, həmçinin bu istiqamətdə fəaliyyətləri əlaqələndirir;
  • İnformasiya texnologiyaları departamentinin aidiyyəti şöbələri ilə birgə maliyyə bazarlarında avtomatlaşdırıla biləcək prosesləri müəyyənləşdirir və müvafiq layihələrin icrasında dəstək göstərir;
  • Tətbiq olunacaq sistem və təşəbbüslərlə bağlı aidiyyəti struktur bölmələr və icraçı şirkətlərlə birlikdə texniki şərtlərin hazırlanmasında iştirak edir;
  • Yaradılan sistemlərin normativ–metodoloji bazasının hazırlanması və təkmilləşdirilməsində iştirak edir;
  • Maliyyə texnologiyaları üzrə texnoloji standartların hazırlanması, tətbiqi və aktuallığının təmin edilməsini təşkil edir;
  • İnnnovativ məhsulların inkişafı üçün xüsusi tənzimlənən texniki sınaq mühiti (sandbox) yaradır və bazar iştirakçılarının bərabər şərtlərlə iştirakını təmin edir;
  • Maliyyə bazarlarında tətbiq olunan informasiya sistemlərinin və rəqəmsal həllərin layihələndirilməsi, hazırlanması, sınaqdan keçirilməsi, inteqrasiyası, istismara verilməsi və davamlı modernizasiyasında iştirak edir;
  • Maliyyə institutlarının rəqəmsal kanallar vasitəsilə dövlət və özəl məlumat mənbələrinə çıxışını asanlaşdırmaq üçün dövlət qurumları ilə əməkdaşlıq edir;
  • Maliyyə texnologiyaları və innovasiyalar sahəsində strateji hədəflərin və əməliyyat planının hazırlanmasında iştirak edir;
  • Maliyyə bazarlarında maliyyə texnologiyalarının və innovasiyaların tətbiqi üzrə Mərkəzi Bank, digər qurumlar və maliyyə bazarının iştirakçılarının yerli və beynəlxalq təşkilatlarla fəaliyyətinin koordinasiyasını təşkil edir;
  • Şöbənin funksiyalarına aid məsələlər barədə müraciətlərə və məktublara cavablar hazırlayır;
  • Müvafiq layihələrdə iştirak edir və hesabatların hazırlanaraq aidiyyəti üzrə təqdim olunmasını təmin edir;
  • Şöbənin funksiyaları daxilində departament rəhbərliyinin digər tapşırıqlarını yerinə yetirir.
  • İdarə etdiyi şöbənin işini planlaşdırır, əməkdaşların fəaliyyətini əlaqələndirir və iş bölgüsünü həyata keçirir.
  • Şöbə əməkdaşlarının peşəkar inkişafını təmin etmək üçün mentorluq və təlimlər təşkil edir.
  • Şöbənin fəaliyyətinə dair mütəmadi iclaslar keçirir, hədəflərə nail olunmasını təmin edir.

Texniki kompetensiyalar

  • Təqdimat və yazı bacarığı 
  • Aidiyyəti sahə üzrə qanunvericilik bilgiləri 
  • Layihələrin idarəetmə bacarığı 
  • İT sahəsində texnoloji və idarəetmə standartlar üzrə biliklər

Təcrübə

  • Müvafiq sahə üzrə 4 il iş təcrübəsi tələb edilir

Təhsil

  • Ali təhsil (İnformasiya Texnologiyaları, Tətbiqi riyaziyyat, darəetmə, İqtisadiyyat yönümlü ixtisaslar üzrə ali təhsil tələb olunur.

Dil bacarığı

  • Azərbaycan dili (yüksək səviyyədə), İngilis dili (yüksək səviyyədə) tələb edilir.

Kompüter bacarıqları

  • MS Office yüksək səviyyədə, MS Project orta səviyyədə, biznes proses analizi və modelləşdirmə alətləri üzrə bacarıqlar tələb olunur

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.