Maliyyə xidmətləri
ERP üzrə mühəndis (maliyyə modulları üzrə FI/CO/TRM/RE və s.)
Məkan: Baku, Azerbaijan
Azercell ölkənin lider və innovativ həllər, fərqli və fərdi yanaşma, yüksək keyfiyyətli xidmətlər təqdim edən mobil operator şirkətidir.
Azercell şirkətinə qatılmağa dəvət edirik:
Peşəkar komandamıza qoşulun və yaradıcı, dinamik, korporativ mədəniyyət üçün fərqli imkanlardan zövq alın. Əminik ki,şərtlərimiz və rahat iş mühiti komandamızın ayrılmaz bir hissəsi olmağınıza imkan yaradacaq.
Komandaya qoşulmaqla Siz nə əldə edəcəksiniz:
- Ölkənin lider mobil operator şirkətində iş təcrübəsi
- Hibrid iş rejimi
- Peşəkarlardan ibarət korporativ mühitdə çevik, innovativ və nəticəyönümlü komandada iş
- Davamlı karyera inkişafı imkanları
- Təlim və fərdi inkişaf proqramları
- Rəqabətli əmək haqqı
- Bonus ödənişi
- Tibbi sığorta ilə təmin olunma (Ailə üzvləri: həyat yoldaşı və övladlar daxil)
- Korporativ telefon və nömrə ilə təmin olunma
- Limitsiz Azeronline Internet Paketi
- Əlavə güzəşt və endirimlər
İş qrafiki:
- Hibrid iş rejimi ilə: Bazar ertəsi - Cümə, 09:00 - 18:00. Şənbə və bazar günləri, milli bayramlar və matəm günü qeyri-iş günləridir
İş yeri:
- “Azercell Telekom“ MMC Baş ofis - Azercell Plaza
- Tbilisi prospekti, 149
- Bakı, Azərbaycan
Əsas Öhdəliklər:
- SAP mühasibatlıq modullarının (FI,CO,TRM və s.) tətbiqi və konfiqurasiyasını həyata keçirmək.
- Maliyyə və mühasibat proseslərinin tələblərini toplayaraq, sistemin bu tələblərə uyğunlaşdırılmasını təmin etmək.
- Maliyyə hesabatları, mühasibatlıq, tədarükçü və müştəri hesablarının idarə olunmasını təşkil etmək.
- SAP FI sisteminin performansını analiz etmək və təkmilləşdirilməsi üçün tövsiyələr vermək.
- Digər SAP modulları və məhsulları ilə inteqrasiyanı təmin etmək və ya mövcud inteqrasiyanı optimallaşdırmaq.
- SAP FI modulunda istifadəçilərə texniki dəstək göstərmək, onların problemlərini həll etmək.
- İstifadəçilər üçün təlim proqramları hazırlamaq və keçirmək.
- Sistem yenilənməsi üçün test plan/test keyslərin yaradılması.
- Dokumentasiyaların yazılması və bilik paylaşımı, təqdimatların hazırlanması
- Mövcud sistemlərin analizi və istəklər əsasında hesabatların təqdim edilməsi.
Tələb olunan təcrübə, bilik və bacarıqlar:
- Kompüter Elmləri, İnformasiya Sistemləri, Biznesin İdarə Edilməsi, Mühasibatlıq və ya əlaqəli sahədə bakalavr dərəcəsi.
- SAP (FI,CO, TRM, RE ve s.), Oracle, Microsoft Dynamics və s. kimi ERP platformaları ilə iş təcrübəsi.
- API və veb-servis inteqrasiyası ilə sübut edilmiş təcrübə.
- Verilənlər bazası və SQL haqqında güclü anlayış.
- Bulud əsaslı ERP həlləri və inteqrasiya alətləri haqqında biliklər.
- SAP S4HANA, SAP Fiori və digər müasir SAP alətləri ilə iş təcrübəsi.
- Middleware və inteqrasiya platformaları ilə təcrübə.
- Güclü analitik və problem həll etmə bacarığı.
- Effektiv ünsiyyət və şəxsiyyətlərarası bacarıqlar.Komanda mühitində birgə işləmək və bir çox prioritetləri idarə etmək bacarığı.
Arzu olunan Bacarıqlar:
- ABAP üzrə biliklər əlavə üstünlükdür.
- Agile metodologiyaları və DevOps təcrübələri ilə tanışlıq.
- API development üçün istifadə olunan proqramlaşdırma dilləri və framework (məsələn, REST, SOAP, JSON, XML) ilə tanışlıq.
Üstünlük kimi nəzərə alınacaq:
- Araşdırma və analiz etmə bacarıqları
- Kommunikasiya və təqdimat bacarıqları
- Komanda ilə birgə işləmə bacarığı
İşəgötürmə prosesi:
Seçim mərhələləri:
- CV-nin nəzərdən keçirilməsi
- İxtisas Testləri
- Yetkinliklər/Texniki bacarıqların yoxlanmasına dair Müsahibə
Müraciət:
- Bu vakansiya üçün yalnız Azərbaycan Respublikasının vətəndaşları müraciət edə bilərlər.
- Bütün müraciətlər səhifənin yuxarısında yerləşən “MÜRACİƏT ET” düyməsini basmaqla göndərilməlidir.
- Müraciətiniz “Azercell Telekom” MMC-nin “İstedadların İdarə Edilməsi və Biznes Partnyorluğu” şöbəsinin mütəxəssisi tərəfindən təhlil edilərək nəzərdən keçiriləcək.
- Müraciətinizi səhifədə qeyd olunan tarixdən gec olmayaraq göndərməyinizi xahiş edirik. Seçim prosesi müraciətin bitmə tarixindən dərhal sonra başlayacaq.
Elanın son müraciət tarixi:
2 dekabr 2024 12:00