Komputerləşmə və İKT
iOS mobil proqram təminatının yaradılması üzrə mühəndis / İnformasiya Texnologiyaları / İT Xidmətlərin, Məhsulların və Həllərin Yaradılması / Proqram Təminatının Yaradılması (Ştatdankənar)
Azercell ölkənin lider və innovativ həllər, fərqli və fərdi yanaşma, yüksək keyfiyyətli xidmətlər təqdim edən mobil operator şirkətidir.
Azercell Ailəsinə qatılmağa dəvət edirik:
- Peşəkar komandamıza qoşulun və yaradıcı, dinamik, korporativ mədəniyyət üçün fərqli imkanlardan zövq alın. Əminik ki,şərtlərimiz və rahat iş mühiti komandamızın ayrılmaz bir hissəsi olmağınıza imkan yaradacaq.
Komandaya qoşulmaqla Siz nə əldə edəcəksiniz:
- Ölkənin lider mobil operator şirkətində iş təcrübəsi
- Hibrid iş rejimi
- Peşəkarlardan ibarət korporativ mühitdə çevik, innovativ və nəticəyönümlü komandada iş
- Davamlı karyera inkişafı imkanları
- Rəqabətli əmək haqqı
- Korporativ nömrə ilə təmin olunma
- Limitsiz Azeronline Internet Paketi
İş qrafiki:
- Hibrid iş rejimi ilə: Bazar ertəsi - Cümə, 09:00 - 18:00.
- Şənbə və bazar günləri, milli bayramlar və matəm günü qeyri-iş günləridir.
İş yeri:
- “Azercell Telekom“ MMC Baş ofis - Azercell Plaza
- Tbilisi prospekti, 149
- Bakı, Azərbaycan
Əsas vəzifə öhdəlikləri:
- Verilmiş dizayna uyğun istifadəçi interfeyslərin yığılması və lazımi hallarda dizaynerlərə geribildirim və təklifin verilməsi
- Kodun ən son kodlaşdırma təcrübələrinə uyğun olduğunun təmin olunması
- API-lərdən düzgün istifadə məqsədi ilə backend proqramçıları ilə sıx əməkdaşlıq edilməsi
- Mobil platforma dizaynı və məhsul viziyonunu işləyən funksionala çevirmək ilə birbaşa istifadəçi və sistem arasında qarşılıqlı əlaqəyə təsir etməsi
- Mobil proqramçı sürətlə dəyişən texnologiyalardan xəbərdar olmalı və yeniliklərə açıq olmalıdır
- Təhsil: Kompüter Elmləri və ya müvafiq texniki sahə (Tətbiqi Riyaziyyat və s.) üzrə Bakalavr (və ya yuxarı) dərəcəsi və ya buna bərabər texniki təcrübə
- Dil bilikləri:
- Azərbaycan dili - əla
- İngilis dili - orta
- İş Təcrübəsi: 2+ il iOS mobil proqram təminatının yaradılması mühəndisi vəzifəsində iş təcrübəsi
- Yetkinliklər:
- Qərar vermək və problemləri həll etmək;
- Alternativ düşüncə tərzi;
- Pozitiv işgüzar münasibətlərin qurulması;
- Çeviklik;
Arzu olunan Bacarıqlar:
- Alqoritmlər və Verilənlərin strukturları
- Obyekt yönümlü proqramlaşdırma bilikləri
- Swift
- UIKit/SwiftUI
- Autolayout
- Swift package manager
- Combine
- GCD
- Networking
- MVVM, MVC
- REST
- Dependency injection
- Unit və inteqrasiya testlərinin yazılması bacarığı
- Git
Üstünlük kimi nəzərə alınacaq:
- Agile metodologiyası üzrə təcrübə
- Kros-funksional agile komandalarında təcrübəsi olan namizədlərə üstünlük veriləcək
- Yüksək səviyyədə analitik bacarıqlar
- Yeni trend və texnologiyalardan daima məlumatlı olmaq
- Komandada işləmək bacarığına sahib olmalıdı
Seçim mərhələləri:
- CV-nin nəzərdən keçirilməsi
- İxtisas Testləri
- Yetkinliklər/Texniki bacarıqların yoxlanmasına dair Müsahibə
Ərizəniz:
- Bu vakansiya üçün yalnız Azərbaycan Respublikasının vətəndaşları müraciət edə bilərlər.
- Bütün müraciətlər səhifənin yuxarısında yerləşən “MÜRACİƏT ET” düyməsini basmaqla göndərilməlidir.
- Müraciətiniz “Azercell Telekom” MMC-nin “İstedadların İdarə Edilməsi və Biznes Partnyorluğu” şöbəsinin mütəxəssisi tərəfindən təhlil edilərək nəzərdən keçiriləcək.
- Müraciətinizi səhifədə qeyd olunan tarixdən gec olmayaraq göndərməyinizi xahiş edirik. Seçim prosesi müraciətin bitmə tarixindən dərhal sonra başlayacaq.