Komputerləşmə və İKT

Azercell

Mütəxəssis (Ştatdankənar) / Təchizat Departamenti / Texnologiya Əməliyyatları Kateqoriyasının İdarə Edilməsi

Azercell ölkənin lider və innovativ həllər, fərqli və fərdi yanaşma, yüksək keyfiyyətli xidmətlər təqdim edən mobil operator şirkətidir.

Azercell şirkətinə qoşulmaqla Siz nə əldə edəcəksiniz:

  • Ölkənin lider mobil operator şirkətində iş təcrübəsi;
  • Peşəkarlardan ibarət korporativ mühitdə çevik, innovativ və nəticəyönümlü komandada iş;
  • Davamlı karyera inkişafı imkanları;
  • Təlim və fərdi inkişaf proqramları;
  • Rəqabətli əmək haqqı;
  • Bonus ödənişi;
  • Korporativ telefon və nömrə ilə təmin olunma;
  • Limitsiz Azeronline Internet Paketi;
  • Əlavə güzəşt və endirimlər.

İş Cədvəli: Bazar Ertəsi- Cümə, 09:00 - 18:00. Şənbə və Bazar, milli bayram və hüzn günləri qeyri-iş günləridir.Əsas öhdəliklər:

  • Tenderlerin (RFx), onların dəyərləndirmələrini və hesabatlarını hazırlamaq
  • Razılaşdırılmış tədarükçü seçimi və dəyərləndirmə meyarlarını dəstəkləmək
  • Büdcə və tələb planlarını dəstəkləmək və şirkət səviyyəsində biznes bölmələri arasında uyğunlaşmanı dəstəkləmək;
  • Kommersiya danışıqları strategiyalarını dəstəkləmək;
  • Müqavilə danışıqlarına dəstək;
  • Müəyyənləşdirilmiş kateqoriya üçün tədarükçü şirkətlərlə ünsiyyət qurmaq
  • Təhlil etmək, təsdiqləmək və Satınalma fəaliyyəti üzrə hədəflərə qarşı nail olunan nəticələr haqqında (məs. qənaətlər) hesabat təqdim etmək.

Tələb Olunan Bilik, Bacarıq və İş Təcrübəsi:

  • Təhsil: Ali Təhsil
  • Xərc və Tələb Analizi təcrübəsi (Büdcələşdirmə) - minimum 2 il;
  • Təchizat zəncirinin idarə edilməsində təcrübə - minimum 5 il;
  • Çox saylı tapşırıqların idarə edilməsi, vaxtın idarə edilməsi üzrə mükəmməl bacarıqlar;
  • Təchizatçılarla yüksək səviyyəli əlaqələr və şəbəkələr qurmaq və saxlamaq bacarığına üstünlük verilir;
  • Azərbaycan və rus dillərində səlis, ingilis dili - orta səviyyədən yuxarı (üstünlük verilir).

Seçim mərhələləri:

  • CV-nin nəzərdən keçirilməsi;
  • Yetkinliklər/Texniki bacarıqların yoxlanmasına dair müsahibə.

Ərizəçilər üçün son tarix:

2 Sentyabr 2024 06:00 PM

Ərizəniz:

  • Bu vakansiya üçün yalnız Azərbaycan Respublikasının vətəndaşları müraciət edə bilərlər.
  • Bütün müraciətlər səhifənin yuxarısında yerləşən “MÜRACİƏT ET” düyməsini basmaqla göndərilməlidir.
  • Müraciətiniz “Azercell Telekom” MMC-nin “İstedadların İdarə Edilməsi və Biznes Partnyorluğu” şöbəsinin mütəxəssisi tərəfindən təhlil edilərək nəzərdən keçiriləcək.
  • Müraciətinizi səhifədə qeyd olunan tarixdən gec olmayaraq göndərməyinizi xahiş edirik. Seçim prosesi müraciətin bitmə tarixindən dərhal sonra başlayacaq.

2nd September 2024 06:00 PM

Daha çox blog yazılarımız:

[moreBlogs]