Proqram sistemlərinin istismarı bölümünün mühəndisi / IT Departamenti
Azercell komandasına qatılmağa dəvət edirik:
Peşəkar komandamıza qoşulun və yaradıcı, dinamik, korporativ mədəniyyət üçün fərqli imkanlardan zövq alın. Əminik ki,şərtlərimiz və rahat iş mühiti komandamızın ayrılmaz bir hissəsi olmağınıza imkan yaradacaq.
Komandaya qoşulmaqla Siz nə əldə edəcəksiniz:
- Ölkənin lider mobil operator şirkətində iş təcrübəsi
- Hibrid iş rejimi
- Peşəkarlardan ibarət korporativ mühitdə çevik, innovativ və nəticəyönümlü komandada iş
- Davamlı karyera inkişafı imkanları
- Təlim və fərdi inkişaf proqramları
- Rəqabətli əmək haqqı
- Bonus ödənişi
- Tibbi sığorta ilə təmin olunma (Ailə üzvləri: həyat yoldaşı və övladlar daxil)
- Korporativ telefon və nömrə ilə təmin olunma
- Limitsiz Azeronline Internet Paketi
- Əlavə güzəşt və endirimlər
İş qrafiki:
- Hibrid iş rejimi ilə: Bazar ertəsi - Cümə, 09:00 - 18:00. Şənbə və bazar günləri, milli bayramlar və matəm günü qeyri-iş günləridir
İş yeri:
- “Azercell Telekom“ MMC Baş ofis - Azercell Plaza
- Tbilisi prospekti, 149
- Bakı, Azərbaycan
Əsas Öhdəliklər:
- Həvalə edilmiş şirkət daxili yaradılan tətbiqlərin və təchizatçılar tərəfindən təqdim olunan platformaların 24/7 texniki dəstəyi və istismarı
- Kəsintiləri, dayanmaları və xətaları minimallaşdırmaq və mümkün ən qısa müddətdə aradan qaldırmaq
- Mövcud xidmətlərdə, platformalarda və proqram təminatında xətaları və ya çatışmazlıqları müəyyən etmək və uyğun həll yollarını hazırlamaq
- Həvalə edilmiş sistemlərdə problemlərin aradan qaldırılması və həllərin hazırlanması üçün proqramçılar və təchizatçılar ilə işləmək
- Tətbiqləri, yeni və ya dəyişilmiş məhsul və xidmətləri uyğun mühitlərə (test, istehsal) daşımaq
- Proqram təminatının istehsalata daşınmasından öncə müvafiq keyfiyyətə nəzarət və yoxlamaların edilməsi
- Səhvləri və çatışmazlıqları aşkar etmək, mövcud xidmətləri, platformaları və proqram təminatını tənzimləmək və məsuliyyət altındakı sistemlər üçün həllər hazırlamaq
- Layihə üzvü olaraq müvafiq layihələrdə iştirak etmək
- DevOps alətlərini və yanaşmalarını tətbiq edərək, defekt aşkar olma nisbətini, açıq defektlərin ümumi sayını, implementasiya ilə əlaqədar insidentləri və istehsal insidentlərini azaltmaq
Tələb olunan təcrübə, bilik və bacarıqlar:
- Təhsil: Kompüter Elmləri və ya Riyaziyyat üzrə ali təhsil üstünlükdür
- Dil bilikləri: Azərbaycan dili (sərbəst), İngilis dili (intermediate), Rus dili biliyi üstünlükdür
- İş Təcrübəsi: uyğun sahədə min 1 il
- OS Linux
- SQL
- Scripting (Bash və ya Python)
- Containers (Docker, Kubernetes)
- CI/CD (Gitlab, Jenkins)
Arzu olunan bacarıqlar:
- Kompüter elmləri, riyaziyyat və ya informasiya texnologiları sahəsində minimum bakalavr təhsili
- Texniki araşdırma və təhlil
- Əməliyyat sistemi səviyyəsində araşdırma və təhlil üçün alətlərdən istifadə etmə
- Telekom sahəsində iş təcrübəsi
- Unix/Linux əməliyyat sistemlərində system administrator təcrübəsi
- Real rejimli sistemlərlə işləmə bacarığı
- PLSQL ilə işləmə təcrübəsi
- Ansible bilikləri və təcrübəsi
- Kubespray ilə işləmə təcrübəsi
Üstünlük kimi nəzərə alınacaq:
- Araşdırma və analiz etmə bacarıqları
- Kommunikasiya və təqdimat bacarıqları
- Komanda ilə birgə işləmə bacarığı
Seçim mərhələləri:
- CV-nin nəzərdən keçirilməsi
- İxtisas Testləri
- Yetkinliklər/Texniki bacarıqların yoxlanmasına dair Müsahibə
Ərizəniz:
- Bu vakansiya üçün yalnız Azərbaycan Respublikasının vətəndaşları müraciət edə bilərlər.
- Bütün müraciətlər səhifənin yuxarısında yerləşən “MÜRACİƏT ET” düyməsini basmaqla göndərilməlidir.
- Müraciətiniz “Azercell Telekom” MMC-nin “İstedadların İdarə Edilməsi və Biznes Partnyorluğu” şöbəsinin mütəxəssisi tərəfindən təhlil edilərək nəzərdən keçiriləcək.
- Müraciətinizi səhifədə qeyd olunan tarixdən gec olmayaraq göndərməyinizi xahiş edirik. Seçim prosesi müraciətin bitmə tarixindən dərhal sonra başlayacaq.