Komputerləşmə və İKT

Azercell

Rəqəmsal Təhlükəsizlik Araşdırmaları üzə Ekspert / İnformasiya Təhlükəsizliyi Şöbəsi / Məlumat Təhlükəsizliyi və İnsidentlərin İdarə Edilməsi Bölümü

Azercell ölkənin lider və innovativ həllər, fərqli və fərdi yanaşma, yüksək keyfiyyətli xidmətlər təqdim edən mobil operator şirkətidir.

Azercell Ailəsinə qatılmağa dəvət edirik:

  • Peşəkar komandamıza qoşulun və yaradıcı, dinamik, korporativ mədəniyyət üçün fərqli imkanlardan zövq alın. Əminik ki,şərtlərimiz və rahat iş mühiti komandamızın ayrılmaz bir hissəsi olmağınıza imkan yaradacaq.

Komandaya qoşulmaqla Siz nə əldə edəcəksiniz:

  • Ölkənin lider mobil operator şirkətində iş təcrübəsi
  • Peşəkarlardan ibarət korporativ mühitdə çevik, innovativ və nəticəyönümlü komandada iş
  • Davamlı karyera inkişafı imkanları
  • Təlim və fərdi inkişaf proqramları
  • Rəqabətli əmək haqqı
  • Bonus ödənişi
  • Tibbi sığorta ilə təmin olunma (Ailə üzvləri: həyat yoldaşı və övladlar daxil)
  • Korporativ telefon və nömrə ilə təmin olunma
  • Limitsiz Azeronline Internet Paketi
  • Əlavə güzəşt və endirimlər

İş qrafiki: 

  • Bazar ertəsi – Cümə, 09:00 - 18:00.
  • (Şənbə və Bazar, milli bayram və hüzn günləri qeyri iş günləri hesab olunur)

İş yeri:

  • “Azercell Telekom“ MMC Baş ofis - Azercell Plaza
  • Tbilisi prospekti, 149
  • Bakı, Azərbaycan

Əsas vəzifə öhdəlikləri:

  • Təhdid kəşfiyyatı (threat intelligence) platformasının konfiqurasiyası və inzibatçılığının idarəsi, xəbərdarlıqlara nəzarət edilməsi, təhlükəsizlik insidentlərinə vaxtında və effektiv şəkildə cavab verilməsi
  • Mövcud təhlükəsizlik infrastrukturu ilə təhdid kəşfiyyatı platformasını inteqrasiya etmək üçün digər təhlükəsizlik vasitələri və komandalarla işlənilməsi, təhdid kəşfiyyatı platforması ilə bağlı anlayışları maraqlı tərəflərə və rəhbərliyə çatdırmaq üçün idarəetmə panelləri, hesabatlar və digər vizualizasiyaların hazırlanması
  • Aşkarlama və cavab imkanlarını optimallaşdırmaq üçün təhdid kəşfiyyatı platforması konfiqurasiyalarının davamlı olaraq qiymətləndirilməsi və təkmilləşdirilməsi
  • Təhlil, təhqiqat və qarşısı alınma tədbirləri daxil olmaqla, lazım gəldikdə insidentlərə cavab tədbirlərində iştirak edilməsi
  • Müəyyən edilmiş prosedur və metodologiyalara əməl edərək, təhlükəsizlik insidentləri, potensial məlumat təhlükəsizliyi pozuntuları və digər əlaqəli hadisələrlə bağlı forenzika araşdırmalarının aparılması
  • Sənaye standartı ilə müəyyən olunmuş vasitə və üsullardan istifadə edərək kompüterlər, mobil cihazlar, bulud xidmətləri və şəbəkə loqları daxil olmaqla müxtəlif mənbələrdən rəqəmsal dəlillərin toplanması, təhlili və qorunaraq saxlanması
  • Müdaxilə indikatorlarını (IOCs), potensial zərərli proqram təminatı və digər forenzika artefaktlarını müəyyən etmək üçün rəqəmsal dəlillərin təhlil edilməsi və insidentlərə cavab tədbirləri və hüquqi prosesləri dəstəkləmək üçün tapıntıların şərh edilməsi.
  • Bütün araşdırmalarda ardıcıllığı və dəqiqliyi təmin etmək üçün forenzika araşdırması prosedurları və metodologiyalarının hazırlanması və saxlanması, təhlükəsizliyin ən müasir təcrübələrinə əsaslanaraq proseslərin davamlı olaraq qiymətləndirilməsi və təkmilləşdirilməsi
  • Nəticələrin sənədləşdirilməsi, ətraflı hesabatlar hazırlanması və tələb olunduqda nəticələri maraqlı tərəflərə və rəhbərliyə, o cümlədən texniki qruplar, biznes bölmələri, hüquq qrupları və hüquq-mühafizə orqanlarına təqdim edilməsi.
  • Tələb olunduqda məhkəmə proseslərində ekspert rəyinin təqdim edilməsi və rəqəmsal dəlillərin məhkəmədə qəbul edilməsini təmin etmək üçün hüquq qrupları ilə əməkdaşlıq edilməsi
  • Araşdırma imkanlarını təkmilləşdirmək üçün inkişaf edən rəqəmsal forenzika texnika və vasitələrdən xəbərdar olub və ümumi insidentlərə cavab vermək imkanlarını artırmaq üçün digər komandalarla biliyin paylaşılması.
  • Təhlükəsizlik insidentlərini və potensial məlumat təhlükəsizliyi pozuntularını (sızıntı) müəyyən etmək və onlara cavab vermək üçün insidentlərə cavab, təhdid kəşfiyyatı və təhlükəsizlik əməliyyatları daxil olmaqla digər təhlükəsizlik qrupları ilə əməkdaşlıq edilməsi.
  • Araşdırmalar və dəlillərlə bağlı bütün məlumatların və informasiyanın ciddi məxfiliyini və bütövlüyünü qorunması, bütün müvafiq qanunlara, qaydalara və daxili siyasətlərə uyğunluğun təmin edilməsi.

Tələb olunan təcrübə, bilik və bacarıqlar:

  • Təhsil: 
  • Ali Təhsil (İnformasiya Texnologiyaları və ya İnformasiya/Kiber Təhlükəsizliyi/Tətbiqi Riyaziyyat/Kibernetika/Kompüter Elmləri), magistr dərəcəsinə üstünlük veriləcək;
  • Dil bilikləri: Azərbaycan və ingilis dillərində yüksək yazılı və şifahi ünsiyyət bacarığı, rus dili – üstünlük verilir

İş Təcrübəsi:

  • Təhlükəsizlik İnsidentlərinin İdarə Edilməsi, Kibertəhlükəsizlik və ya İnformasiya Təhlükəsizliyi sahəsi və SOC mühiti üzrə minimum 3 il;
  • SIEM, XDR və EDR alətləri ilə işləmək üzrə geniş təcrübə;
  • Araşdırma vasitələri ilə təcrübə ( Forensic Imaging Tools, Forensic Software Suites, File and Email Analysis Tools, Network Forensic Tools, Memory Forensic Tools, Data Recovery Tools  və s.)

Arzu olunan Bacarıqlar:

  • Kibertəhlükəsizlik sahəsində istifadə olunan “best practice”-lər, təhlükəsizlik texnologiyaları və NIST, ISO kimi təhlükəsizlik standartlarını bilməli.
  • Müxtəlif mühitlərdə təhlükəsizlik nəzarət və tədbirlərinin dizaynı və həyata keçirilməsi üzrə təcrübə.
  • Stakeholder-lərlə səmərəli əməkdaşlıq etmək üçün güclü kommunikasiya bacarıqları
  • Mürəkkəb təhlükəsizlik problemlərini analiz edə bilərək effektiv həllər təqdim etmək bacarığı
  • GDPR, SOX kimi uyğunluq təlimatları barədə məlumatlı olmaq
  • Layihə idarəetmə bacarıqları
  • Yüksək ünsiyyət və komandada işləmək bacarıqları;
  • Yenilikçi və daima inkişaf etmək təşəbbüsünün olması.
  • Yaranan problemləri tez bir zamanda həll etmək bacarığı;
  • Qərarvermə, analitik təhlil və yekun nəticəyə yönəlmə bacarığı;
  • Peşəkar Sertifikatlara üstünlük verilir (CHFİ, CCNA, RHCSA, Comptia Security+, CySA+, CASP, CİSSP, CİSM və s.);

Seçim mərhələləri:

  • CV-nin nəzərdən keçirilməsi
  • İxtisas Testləri
  • Yetkinliklər/Texniki bacarıqların yoxlanmasına dair Müsahibə

Ərizəniz:

  • Bu vakansiya üçün yalnız Azərbaycan Respublikasının vətəndaşları müraciət edə bilərlər.
  • Bütün müraciətlər səhifənin yuxarısında yerləşən “MÜRACİƏT ET” düyməsini basmaqla göndərilməlidir.
  • Müraciətiniz “Azercell Telekom” MMC-nin “İstedadların İdarə Edilməsi və Biznes Partnyorluğu” şöbəsinin mütəxəssisi tərəfindən təhlil edilərək nəzərdən keçiriləcək.
  • Müraciətinizi səhifədə qeyd olunan tarixdən gec olmayaraq göndərməyinizi xahiş edirik. Seçim prosesi müraciətin bitmə tarixindən dərhal sonra başlayacaq.

Daha çox blog yazılarımız:

[moreBlogs]