Aparıcı mütəxəssis / İnformasiya kommunikasiya texnologiyaları təminatı şöbəsi / Texniki dəstək sektoru
Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2026-05-14
Əsas vəzifə öhdəlikləri:
- İstifadəçilər tərəfindən sektora daxil olmuş sorğular əsasında istifadəçilərə və isitifadəçi avadanlıqlarına zəruri texniki dəstək xidməti göstərmək və profilaktik tədbirlər görmək;
- İşə yeni başlamış əməkdaşların istifadəçi avadanlıqlarının və tətbiqi üzrə proqram təminatlarının sazlanmasını həyata keçirmək;
- İstifadəçi avadanlıqlarının zərərli proqramlardan qorunması məqsədi ilə müvafiq antivirus proqram təminatlarının quraşdırılmasını təmin etmək;
- Simsiz şəbəkə xidmətinin işlək vəziyyətdə saxlanılması və fasiləsiz fəaliyyətinin təmin edilməsində iştirak etmək;
- Tədbirlərin keçirilməsi zamanı, zəruri informasiya texnologiyaları xidmətlərinin göstərilməsini təmin etmək;
- Görüş otaqlarında quraşdırılmış video və professional konfrans sistemlərinin işlək vəziyyətdə saxlanılması və fasiləsiz fəaliyyətini təmin etmək;
- İstifadəçi avadanlıqları üçün zəruri olan tətbiqi proqram təminatlarının müəyyən edilməsi, tətbiqinin razılaşdırılması, istifadəçi avadanlıqlarına quraşdırılması və inzibatçılığını həyata keçirmək;
- İstifadəçi avadanlıqlarının yerdəyişməsi və əvəzlənməsi zamanı müvafiq dəyişiklik qeydiyyatının aparılmasını təmin etmək;
Tələb olunan bilik, bacarıq və səriştələr:
- Azərbaycan dili səlis, Rus dili arzuolunandır;
- Yaxşı ünsiyyət qabiliyyəti, əməkdaşlıq, məsuliyyətlilik, davamlı inkişaf, nəticə yönümlülük, təşəbbüskarlıq, təşkilatı anlama, çeviklik, problem həlletmə bacarıqları.
Kompüter bilikləri:
- Windows Server ƏS üzrə baza, client tipli ƏS üzrə isə administrator səviyyəsində biliklər;
- MacOs ƏS üzrə peşəkar biliklər;
- PC, noutbukların təmiri üzrə (hardware) biliklər;
- CCNA, İTİL, Servicedesk proqram təminatı (Manage Engine, Solarwinds, OTRS) üzrə nəzəri biliklər arzuolunandır.
- “HikCentral”, “iVMS” və s. kamera proqram təminatı üzrə nəzəri biliklər;
Tələb olunan təhsil və iş təcrübəsi:
- İT üzrə aidiyyatı bakalavr təhsili arzuolunandır.
- Müvafiq sahə üzrə 2 il;
- Ümumi təcrubə müddəti 3 il.
İş qrafiki:
- Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün. Nahar vaxtı 13:00-dan 14:00-dəkdir
Əmək haqqı və əlavə imtiyazlar:
- Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
- Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
- Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
- Nəqliyyat xidməti.
- Rəqabətli mükafatlandırma sistemi.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.