İnzibati, Biznes və İdarəetmə

azergold-cjsc

Aparıcı mütəxəssis / Strateji planlaşdırma və layihələrin idarəolunması şöbəsi

Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2025-01-06

Əsas vəzifə və öhdəliklər:

  • Şöbənin fəaliyyətinin təşkilində aidiyyəti üzrə iştirak etmək, zəruri olan arayış və məlumatlar hazırlayaraq layihə menecerinə təqdim etmək;
  • Şöbənin fəaliyyət istiqamətləri üzrə müvafiq iqtisadi araşdırmaları və təhliləri aparmaq, nəticələrini layihə menecerinə təqdim etmək;
  • Cəmiyyətin aidiyyəti layihələrinin koordinasiyasında söbənin səlahiyyətləri çərçivəsində iştirak etmək;
  • Yataqların hasilat mərhələsinə qədərki dövrü üçün şöbənin səlahiyyətləri çərçivəsində layihələrin idarə olunmasında iştirak etmək;
  • Şöbənin səlahiyyətləri çərçivəsində aidiyyəti layihələrin icrası üçün Fəaliyyət Planları və iş qrafikinin tərtibində iştirak etmək;
  • Səlahiyyətləri çərçivəsində Cəmiyyətin aidiyyəti layihələrinin reyestrini hazırlanmasında iştirak etmək;
  • Şöbənin səlahiyyətləri çərçivəsində yeni investisiya layihələri üzrə aparılacaq müvafiq təhlillərdə iştirak etmək;
  • Şöbənin səlahiyyətləri çərçivəsində aidiyyəti layihələrlə bağlı texniki hesabatların təhlilində iştirak etmək;
  • Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək;

Tələb olunan bilik, bacarıq və səriştələr:

  • Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis və Rus dilləri (yaxşı), Microsoft Office və digər proqramlar (PPT, Outlook);
  • Komanda ilə iş, risklərin idarə edilməsi, təhlil etmə, kommunikasiya, davamlı inkişaf və öyrənməyə açıq, tapşırıqların icra müddətlərinə uyğun təhvil vermək;

Tələb olunan təhsil və iş təcrübəsi:

  • Ali təhsil (İqtisadiyyat,texniki, texniki ixtisasları üzrə, MBA);
  • PMP sertifikatı və yaxud digər peşəkar təhsil sertifikatlarının olması;
  • Minimum 1 il müvafiq sahədə iş təcrübəsi;

İş qrafiki:

  • Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.

Əmək haqqı və əlavə imtiyazlar:

  • Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
  • Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
  • Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
  • Nəqliyyat xidməti.
  • Rəqabətli mükafatlandırma sistemi.