İnformasiya kommunikasiya texnologiyaları təminatı şöbəsinin aparıcı mütəxəssisi
Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2024-03-05
Əsas vəzifə və öhdəliklər:
- Cəmiyyətdə mövcud olan istifadəçi avadanlıqlarına texniki xidmət göstərmək, və profilaktik tədbirlərin həyata keçirilməsini təmin etmək;
- Cəmiyyətdə mövcud istifadəçi avadanlıqlarının dayanıqlı işini təmin etmək və onlarda yaranan problemləri aradan qaldırmaq;
- Korporativ şəbəkə və sistemlərə giriş icazəsi olan istifaçilərini Cəmiyyətdə təsdiq edilmiş qaydalara və İdarə Heyətinin Sədrinin (bundan sonra İHS) göstərişlərinə uyğun istifadə hüquqları ilə təmin edilməsində iştirak etmək;
- Cəmiyyətdə korporativ şəbəkə və elektron sistemlərdən təsdiq edilmiş təlimatlara uyğun şəkildə istifadə edilməsinə nəzarət etmək;
- İşə yeni başlamış əməkdaşların istifadəçi avadanlıqlarının və tətbiqi üzrə proqram təminatlarının sazlanmasını həyata keçirmək;
- İstifadəçi avadanlıqlarının zərərli proqramlardan qorunması məqsədi ilə müvafiq antivirus proqram təminatlarının quraşdırılmasını təmin etmək;
- Simsiz şəbəkə xidmətinin işlək vəziyyətdə saxlanılması və fasiləsiz fəaliyyətinin təmin edilməsində iştirak etmək;
- Görüş otaqlarında quraşdırılmış video və professional konfrans sistemlərinin işlək vəziyyətdə saxlanılması və fasiləsiz fəaliyyətini təmin etmək;
- Tədbirlərin keçirilməsi zamanı, zəruri informasiya texnologiyaları xidmətlərinin göstərilməsini təmin etmək;
- İstifadəçi avadanlıqları üçün zəruri olan təbiqi proqram təminatlarının müəyyən edilməsi, tətbiqinin razılaşdırılması, istifadəçi avadanlıqlarına quraşdırılması və inzibatçılığını həyata keçirmək;
- İstifadəçilər tərəfindən sektora daxil olmuş sorğular əsasında istifadəçilərə və isitifadəçi avadanlıqlarına zəruri texniki dəstək xidməti göstərmək;
Tələb olunan bilik, bacarıq və səriştələr:
- Korporativ ünsiyyət, Əməkdaşlıq,Məsuliyyətlilik, Davamlı inkişaf, Nəticə yönümlülük, Təşəbbüskarlıq, Təşkilatı anlama, Çeviklik, Problem həlletmə bacarıqları.
- Dil və komputer bilikləri: Azərbaycan dili səlis, Rus və İngilis dilləri arzuolunandır. Office proqramları: “Windows” Server ƏS üzrə baza, “client” tipli ƏS üzrə isə administrator səviyyəsində biliklər;
- “MacOs” ƏS üzrə peşəkar biliklər;
- R“Service desk” proqram təminatı üzrə (Manage Engine, Solarwinds, OTRS) üzrə biliklər;
- PC, noutbukların təmiri üzrə (“hardware”) biliklər;
- CCNA, İTİL üzrə nəzəri biliklər arzuolunandır.
Tələb olunan təhsil və iş təcrübəsi:
- İT sahəsi üzrə aidiyyatı bakalavr təhsili arzuolunandır.
- Müvafiq sahədə 1 ilədək iş təcrübəsi.