Köməkçi / İdarə Heyətinin katibliyi
Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2024-11-21
Əsas vəzifə və öhdəliklər:
- Rəhbərin rəsmi yazışmalarını təşkil etmək, daxil olan və göndərilən yazışmalarını nəzarətdə saxlamaq;
- Rəhbər tərəfindən verilən tapşırıqların icrası barədə rəhbəri məlumatlandırmaq. Nəzarətində olan işlərin gedişatı və nəticələri barədə tələb olunduqda və mütəmadi olaraq rəhbərə hesabat və məlumatlar təqdim etmək;
- Daxili şöbələr ilə əlaqə saxlamaq, zənglərə cavab vermək və ezamiyyətləri təşkil etmək;
- Görüşləri, gələn qonaqların qəbulunu təşkil etmək, onlarla nəzakətli və diqqətli rəftar etmək;
- Birlikdə işlədiyi rəhbərin gündəlik iclaslarının tənzimlənməsi və protokollaşdırılması;
- İngilis, rus və azərbaycan dillərində tərcümələrin həyata keçirilməsi;
- Zərurət yarandığı təqdirdə ölkədaxili ezamiyyətlərə getmək;
Tələb olunan bilik, bacarıq və səriştələr:
- Azərbaycan dili mükəmməl səviyyədə, ingilis və rus dilləri yüksək səviyyədə olmalıdır; (Namizəd Rusiya vətəndaşı ilə işləyəcək)
- Microsoft Office proqramları ilə yaxşı işləmək bacarığı;
- Yüksək səviyyədə araşdırma və təhlil etmə, vaxtın düzgün idarəedilməsi, tərcümə, problem həll etmə və kommunikasiya bacarıqları;
Tələb olunan təhsil və iş təcrübəsi:
- Dağ-mədən neft- qaz mühəndisliyi və ya geologiya ixtisasları üzrə ali təhsil arzuolunandır.
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi.
İş qrafiki:
- Əməkdaşın iş qrafiki həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.
Əmək haqqı və əlavə imtiyazlar:
- Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
- Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
- Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
- Nəqliyyat xidməti.
- Rəqabətli mükafatlandırma sistemi.