İnzibati, Biznes və İdarəetmə

azergold-cjsc

Şöbə müdiri / Strateji planlaşdırma və layihələrin idarəolunması şöbəsi

Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2024-09-26

Vakansiyaya dair tələblər

Əsas vəzifə və öhdəliklər:

  • Şöbənin səlahiyyətləri çərçivəsində Cəmiyyətin qısa, orta və uzunmüddətli strategiyasının hazırlanmasını təmin etmək;
  • Şöbəyə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsinə nəzarət etmək;
  • Şöbənin səlahiyyətləri çərçivəsində Cəmiyyətin Strateji planının hazırlanmasını təşkil və təmin etmək;
  • Şöbənin səlahiyyətləri çərçivəsində beynəlxalq təşkilatlarla, xarici şirkət və partnyorlarla işgüzar əlaqələr yaratmaq və inkişafını təmin etmək;
  • Dünyada qiymətli və əlvan metallar üzrə bazar məlumatlarını və qiymət trendlərini təhlil etmək;
  • Şöbənin səlahiyyətlərinə aid satışı ilə bağlı Cəmiyyətin illik satış planını hazırlanmasının təmin edilməsi
  • Şöbənin səlahiyyətləri daxilində müvafiq xəlitələrin affinajı, o cümlədən qiymətlilərin dünya bazarında satışının təşkil edilməsi
  • Şöbənin səlahiyyətləri çərçivəsində yataqların işlənməsi üçün lazım olan tədbirlərin müəyyən edilməsi və təhlillərin aparılması istiqamətində müvafiq layihələr və proqramların hazırlanması və icrasını təmin etmək
  • Yataqların istismarı istiqamətində alternativ biznes modelləri dəyərləndirilmək və bu istiqamətdə müvafiq təkliflərin verilməsini təmin etmək;
  • Cəmiyyətin strateji məqsədlərinə xidmət edən optimizasiya yönümlü təkliflərin hazırlanmasını təmin etmək;
  • Şöbənin səlahiyyətləri çərçivəsində Cəmiyyətin mənfəətinin artırılması istiqamətində yeni biznes layihələrinin hazırlanması və icrasını təmin etmək;
  • Maliyyələşmənin cəlb edilməsi istiqamətində strateji əməkdaşlıq imkanlarının müəyyən edilməsi və cəlb edilməsi istiqamətində işləri təşkil etmək.


Tələb olunan bilik, bacarıq və səriştələr:

  • Microsoft Office proqramlarında işləmək bacarığı; (Primavera, Microsoft Project, SAP kimi proqramlar üzrə işləmək bacarığı üstünlükdür)
  • Dil bilikləri: Azərbaycan və İngilis dili səlis, Rus dili arzuolunandır.
  • Mədən və filiz emalı texnologiyaları haqqında məlumatlı olmaq;
  • Layihələrin qiymətləndirilməsi, Maliyyə Modellərinin qurulması və Layihə Risk Analizi sahəsi üzrə bacarıqlar;
  • Layihə idarəetmə prosesləri və alətləri, PMBOK® təlimatları və PMI-nin qlobal standartlarını bilməlidir;
  • Kommunikasiya bacarıqları, problem həll etmə və qərar qəbul etmə bacarığı, liderlik, analitik düşünmə bacarıqları;


Tələb olunan təhsil və iş təcrübəsi:

  • Müvafiq sahə üzrə 7 ildən çox iş təcrübəsi, İdarəetmə üzrə minimum 5 il iş təcrübəsi tələb olunur.
  • İqtisadiyyat, maliyyə, mühəndislik sahələri üzrə ali təhsil.


İş qrafiki:

  • Əməkdaşın iş qrafiki həftə ərzində 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.


Əmək haqqı və əlavə imtiyazlar:

  • Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
  • Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
  • Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
  • Nəqliyyat xidməti.
  • Rəqabətli mükafatlandırma sistemi.