Baş/Aparıcı Backend proqramçı
Vəzifəyə olan tələblər:
- 3+ illik Java/J2EE proqramlaşdırma təcrübəsi;
- Java və OOP dizayn prinsipləri bilikləri;
- Spring (xüsusilə Spring Boot) üzrə iş təcrübəsi;
- RESTful API backend inteqrasiyası üzrə iş təcrübəsi;
- Microservice arxitekturası, web servislər üzrə iş təcrübəsi;
- Proqramlaşdırma problemlərini araşdırmaq və həll etmək bacarığı;
- Oracle verilənlər bazası ilə iş təcrübəsi;
- Design patterns ilə iş təcrübəsi;
- Riyazi alqoritmlər və müasir DevOps üzrə bilik və bacarığı.
Vəzifə öhdəlikləri:
- Proqram təminatının hazırlanması və istismara çıxarılması, quraşdırılması və tətbiqi;
- Mövcud proqram təminatlarında yeni funksionallıqların əlavə edilməsi;
- Cavabdeh olduğu və yaratdığı sistemlərin optimal fəaliyyətini, işlək vəziyyətdə saxlanmasını təmin edir;
- İş fəaliyyətini daxili normativ sənədləri (sistem siyahısı, siyasətlər, standartlar) müvafiq olaraq qurub və həyata keçirir;
- Cavabdeh olduğu və yaratdığı sistemlərin fəaliyyətində yaranmış problemlərin aradan qaldırılması üçün operativ tədbirlər görür və onların yaranma səbəblərini vaxtında araşdırır;
- Cavabdeh olduğu və yaratdığı sistemlərin istifadə olunmasında müəyyən edilmiş xətalar və görülmüş tədbirlər haqqında rəhbərliyə vaxtında məlumat verir;
- Qəbul etdiyi təsdiqlənmiş tələblərə görə cavabdeh olduğu sistemlərin və Şirkət tərəfindən xidmət göstərən avadanlıqların proqram təminatında lazım olan dəyişiklikləri və tənzimləmələri həyata keçirdir;
- Cavabdeh olduğu və yaratdığı sistemlərin fəaliyyəti üçün istifadə olunan proqram təminatların lisenziyalarının və sertifikatlarının istifadə olunması müddətinə nəzarət edir və onların bitməsinə yaxın şöbə müdirini məlumatlandırır;
- Şöbə müdirin razılığı ilə mövcüd olan proseslərin optimallaşdırılması üçün lazım olan proqramları (skriptləri) yazır;
- Həvalə olunmuş infrastrukturu müasirləşdirmə məqsədi ilə yeni avadanlıqların və proqram təminatın alınması üçün təkliflər verir.
Namizədlərdən CV-lərini " Baş/Aparıcı Backend proqramçı" mövzusu ilə e-mail ünvanına göndərmək xahiş olunur.
Qeyd: Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.