Helpdesk
Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2024-11-04
“Azərikard” MMC Azərbaycanda MasterCard, Visa, American Express, Diners Club, UnionPay və JCB Beynəlxalq Ödəmə Sistemləri tərəfindən tamamilə sertifikatlaşdırılmış ilk prosessinq mərkəzidir.
Tələblər:
- Ali təhsil (üstünlük texniki ixtisas);
- İT sahəsində ən azı 1 illik iş təcrübəsi;
- Windows əməliyyat sistemlərinə dair biliklər və işləmək bacarığı;
- Şirkətin fəaliyyətində istifadə olunan sistemlərin quruluş və iş prinsiplərinin bilikləri;
- Çox tapşırıqlı iş rejimində işləmə qabiliyyəti;
- Azərbaycan və rus dili sərbəst, İngilis dili bilikləri (danışıq qabiliyyəti, texniki sənədlərin oxunub tərcümə olunması).
Vəzifə üzrə fəaliyyəti:
- Şirkətdə istifadə olunan avadanlıqların işində xətalar və ya sıradan çıxma halları olduqda onların bərpa olunması üçün operativ tədbirlər görür;
- Qəbul olunmuş tələbləri qeydiyyatdan keçirir, onların təhlilini aparır və departamentinin səlahiyyətli əməkdaşlarını məlumatlandırır;
- İşçi stansiyalarının və şirkətin sistemlərinin istifadə olunmasında müəyyən edilmiş xətalar və görülmüş tədbirlər haqqında yuxarı rəhbərə vaxtında yazılı şəkildə məlumat verir;
- İşçi stansiyalarının və cavabdeh olduğu sistemlərin təhlükəsizliyini təmin edir.
Qeyd olunan tələblərə cavab verən namizədlər öz ərizə formalarını (CV) “Helpdesk” mövzusu altında hr@azericard.com elekton ünvanına göndərə bilərlər
Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.