Laborant inspektor
Şəhər: Kürdəmir
İş rejimi: full-time
Son tarix: 2023-06-10
Tələblər:
- Mexanika mühəndisliyi, Avtomatika mühəndisliyi, Sənaye mühəndisliyi ixtisasları üzrə ali təhsilli olmalı;
- Fizika və kimya sahəsi üzrə nəzəri biliklər yaxşı səviyyədə olmalı;
- Ölkədaxili səyahətlərdə və növbəli iş rejimində işləyə bilməli;
- MS Office proqramlarında sərbəst işləmək bacarığı olmalı.
- İngilis və rus dili biliyi üstünlükdür.
İş haqqında məlumat:
- Xammalın,yarımfabrikatların və hazır məhsulların təsdiq olunmuş metodikalar üzrə müxtəlif kimyəvi-fiziki analizlərinin aparılması işlərini görmək;
- Laboratoriya avadanlığı, cihaz və qurğularının təmiz və saz vəziyyətdə saxlanılmasına nəzarət etmək, onları təcrübəyə hazırlamaq;
- Təlimatlara əsasən cihaz və aparatları yoxlamaq və təmizləmək, eksperimentlərin aparılmasında iştirak etmək;
- Cihazların göstəricilərini, təhlilin nəticələrini işçi jurnalında qeyd etmək;
- Əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarına riayət etmək.
İş Qrafiki: Növbəli İş Qrafiki
İş Yeri: Kürdəmir
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Laborant inspektor” qeyd etməyiniz xahiş olunur.