Mühəndislik

Azersun Holding

SƏTƏM üzrə baş mütəxəssis

Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2024-09-27

Tələblər:

  • Təhsil : Ali təhsil , SƏTƏM üzrə sertifikatların olması üstünlükdür
  • Təcrübə: Əlaqədar sahədə minimum 3-5 il
  • Dil bilikləri: İngilis dili yaxşı

 İş haqqında məlumat: 

  • İş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına nəzarətin təmin edilməsi
  • İş yerində baş vermiş iş qəzaları , xəsarətlərin səbəblərinin analizı və qarşısının alınması üçün tədbirlərin hazırlanması və onların həyata keçirilməsinin təşkili
  • İş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanması
  • Təlimat jurnallarının imzalanmasına nəzarət edilməsi
  • Tibbi vasitələrin istifadəsi üzrə hesabatların hazırlanması
  • İşə qəbul olunan yeni işçilərə , o cümlədən dövrü olaraq mövcud işçilərə əməyin mühafizəsi, texniki təhlükəsizliklə bağlı giriş təlimatının, təkrar, plandan kənar və cari təlimatların keçirilməsi
  • İşçilərin əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsinə nəzarət edilməsi
  • İşçilərə verilən xüsusi geyimlərin, ayaqqabıların, fərdi mühafizə vasitələrinin və digər vasitələrinin standartlara və sahə normalarına uyğun olmasına və bu vasitələrdən istifadəsinə nəzarət edilməsi 

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi  elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “SƏTƏM üzrə baş mütəxəssis" qeyd etməyiniz xahiş olunur.

İş Qrafiki: Həftə içi 5 gün 
 
İş Yeri: Xırdalan