Texniki mühəndis (Bakı və ya İmişli)
Şəhər: imişli
İş rejimi: full-time
Son tarix: 2023-06-20
Tələblər:
- Ali təhsil (Mexanika, Qida mühəndisi, Makina mühəndisi ixtisasları)
- Müvafiq vəzifələrdə 1-2 il iş təcrübəsi (Qida istehsalı sahəsində iş təcrübəsi üstünlükdür)
- Texnoloji proseslərin aparılması qaydasını bilməli
- İstehsalatın və istehsal avadanlıqlarının texnoloji xüsusiyyətlərini bilməli
- İş proseslərini, texnoloji sxemləri oxumağı bacarmalı
- PLC, avtomatik, elektronik, pnevmatik, hidravlik sistemlərdə ölçü cihazlarının parametrlərini, nəzarət qaydalarını bilməli
- Texniki təhlükəsizlik qaydalarını bilməli
İş haqqında:
- Avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını təmin edir.
- Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini təşkil edir. İstehsalatın texniki hazırlığını təmin edir. Əsaslı təmir üçün siyahı tutulmasında iştirak edir.
- Eksperiment, quraşdırma və yeni texnikanın mənimsənilməsi, avadanlıqların sınaqdan keçirilməsi və qurğuların yenidən qurulmasında iştirak edir.
- Təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət edilməsini təmin edir.
- Avadanlıqların işini yaxşılaşdıran səmərələşdirici təkliflər verir, onların tətbiqinə kömək edir. Şöbənin işçilərinə, avadanlıq, dəzgah və qurğulara təmir xidməti göstərən işçilərə istiqamət verir.
İş Şərtləri:
- Həftə içi 5 gün (09:00 - 18:00 )
- Digər bölgələrdən işçi alınacağı təqdirdə yaşayış yeri və gün ərzində 3 dəfə qidalanma şirkət tərəfindən qarşılanacaqdır
İş Yeri: Bakı və ya İmişli şəhərləri.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Texniki mühəndis (İmişli və ya Bakı)” qeyd etməyiniz xahiş olunur.