Mühəndislik

AZFEN MMC

Elektrik və NÖÇ departamenti rəhbərinin müavini

Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2025-10-13

Ümumi Tələblər:

  • Müvafiq sahədə minimum 10-15 il iş təcrübəsi
  • Elektrik və NÖÇ işləri üzrə nəzəri biliklər
  • Liderlik və komanda idarəetmə bacarığı
  • Diqqətli, məsuliyyətli və təşəbbüskar olmaq
  • Yüksək ünsiyyət bacarığı

İşin Təsviri:

  • Elektrik işləri ilə məşğul olan istehsalat vahidləri və digər struktur bölmələrin işinin və onların bir-biri ilə səmərəli qarşılıqlı münasibətlərinin təşkil edilməsini, onların fəaliyyətinin istiqamətləndirilməsini təmin etmək;
  • Təşkilati struktura daxil olan strukturlardakı texnoloji intizama, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə qayda və normalarına riayət edilməsi işlərinə nəzarəti təmin etmək;
  • Elektrik işlərinin layihə sənədlərinə, əmək prosesləri prosedurlarına və digər normativ sənədlərə uyğun yerinə yetirilməsinə nəzarət etmək;
  • Texniki-təşkilati tədbirlərin, istehsalat tapşırıqlarının, cari və perspektiv planların  müzakirəsi ilə bağlı müşavirələrin keçirilməsində iştirak etmək, işlərin gedişi barədə rəhbərini məlumatlandırmaq;
  • Sahədə həyata keçirilən bütün elektrik və NÖC işlərinin SƏTƏM tələblərinə, Keyfiyyətə Nəzarət sisteminin tələblərinə cavab verilməklə yerinə yetirilməsini təmin etmək;
  • Nəzarət Ölçü Cihazlarının, avadanlıqlarının layihəyə uyğun və keyfiyyətli quraşdırılması işlərini təşkil etdirməklə bu işlərin gedişinə ümumi rəhbərlik etmək və nəzarətdə saxlamaq

İş şəraiti:

  • İş yeri: Bayıl
  • İmkanlar: Nahar və servis təmin olunur
  • Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq

İş qrafiki:

  • Həftə içi: 07:15 – 17:00
  • Şənbə: 07:15 – 15:30

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Əlaqə: