Digər
İnsan Resursları üzrə Menecer
İşin təsviri:
- İnsan Resursları əməliyyat sistemlərinin qurulması;
- İnsan Resurslarına dair prosedurların hazırlanması və izlənilməsi;
- İR strategiyasının hazırlanması və hayata keçirilməsində iştirak etmək;
- İşçi ehtiyacına olan tələbin müəyyənləşdirilməsi, seçilməsi və yerləşdirilməsi üzrə işin təşkili;
- Mükafatlandırma və motivasiya sisteminin qurulması və tətbiq olunması;
- Əməkdaşların performans qiymətləndirilməsinin təşkil edilməsi və yeni təkliflərin irəli sürülməsi;
- Kadr bazasının yaradılması və idarə edilməsi, işçilərin qeydiyyatının aparılması işinin təşkili;
- Məzuniyyət, işəqəbul, xitam, məzuniyyət, ezamiyyə və s. əmrlərin qanunvericiliyə uyğun tərtib edilməsi;
- Vəzifə təlimatlarının hazırlanması;
- Optimal işçi sayının hesablanması, işçi büdcəsinə nəzarət;
- Təşkilati strukturun hazırlanması;
- İşə qəbul prosesində vakansiya və müsahibələrin izlənilməsi;
- Öyrənmə ehtiyaclarının öyrənilməsi və təlim matrisinin hazırlanması;
- İşçilərin inkişaf planı və davamçıların hazırlanması proqramlarının həyata keçirilməsi;
- Sabit və dəyişən əmək haqqı sistemlərinin qurulması;
- Əməyin dərəcələndirilməsi;
- Kadr kargüzarlığı sistemlərinin qurulması;
- Vakansiya tələbinin müəyyən edilməsi;
- Seçilən əməkdaşların müvafiq struktur bölməyə yerləşdirilməsinə dəstək göstərmək;
- İşə qəbul ilə bağlı digər müvafiq fəaliyyətlərin icrasına nəzarət etmək;
- Adaptasiya və Orientasiya proqramlarının hazırlanması və həyata keçirilməsi;
- Əmək qanunvericiliyinə, nizamnaməyə, təlimatlara və direktroun əmrlərinə müvafiq olaraq işçilərin qəbulu, köçürülməsi və işdən azad edilmələrini vaxtında həyata keçirilməsinə nəzarət;
- Aylıq hesabatların hazırlanması və təqdimatı.
Namizədə dair tələblər:
- İstehsalat, satış sahəsində minimum 3 il təcrübə mütləqdir;
- AR Əmək qanunvericiliyi bilikləri;
- İnsan resurslarının idarə olunması funksiyaları, prosedurları haqqında biliklər;
- İşəqəbul prosesinin əsas qaydaları haqqında biliklər;
- ƏMAS, 1 C proqramı ilə işləmə bacarığı;
- MS Office proqramlarından istifadə bacarığı;
- Azərbaycan, Rus və ingilis dillərində danışma, oxuma və yazma bacarığı;
- İnsanlarla fəal ünsiyyət qurmaq bacarığı;
- Kollektivlə sağlam münasibət qurmaq və işləmək bacarığı.
İş şərtləri:
- Xanım namizədlər üstünlük verilir
- 5 günlük iş həftəsi
- Neftçalada (Sənayə məhəlləsi) yerləşən zavoda Ezamiyyətlərdə iştirak etməsi
- Əmək haqqı 1500-2000 AZN