Brend və reklam üzrə aparıcı mütəxəssis
Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2024-05-25
Təsvir:
- Şirkət üçün yeni marketinq imkanlarını, kanallarını müəyyənləşdirmək və reklam təşəbbüslərini həyata keçirmək
- Yeni məhsullar üçün marketinq ünsiyyət planlarını yaratmaq və həyata keçirmək: məhsul mövqeyinin, adlandırılmasının, mesajının və uyğun reklam materiallarının yaradılmasını idarə etmək
- Şirkət məhsulları və təkliflərini hədəf auditoriyasına təqdim etmək üçün müəyyən edilmiş müddət ərzində marketinq ünsiyyət materiallarını hazırlamaq və fərqli kampaniyalar üçün tədbirlər təşkil etmək
- Kampaniyaların effektivliyini ölçmək və hədəfləri təyin etmək
- Məlumatların brend qaydalarına uyğun olmasını və hər yerdə eyni üslubda təqdim olunmasını təmin etmək
- Reklam materialları üçün cəlbedici və təsirli reklam mətnlərini səhvsiz, aydın və qısa şəkildə Azərbaycan, İngilis və Rus dillərində yaratmaq
- Layihə çərçivəsində müvafiq istiqamətləri müəyyən etmək üçün dəqiq və aydın briflər hazırlamaq
- İstənilən nəticələrə nail olmaq üçün agentliklər, tərəfdaşlar, daxili maraqlı tərəflərlə səmərəli əməkdaşlıq etmək
- Tərəfdaş şirkətlərə ödənişlərin vaxtında həyata keçirilməsini idarə etmək
- OOH, SM və digər kanallarda məlumatların günlük, aylıq və rüblük monitorinqini həyata keçirmək
Tələblər:
- Biznes, Maliyyə, Marketinq, Kommersiya sahələrindən biri üzrə ali təhsil
- Brend və ya reklam işi sahəsində ən azı 3 il iş təcrübəsi (Telekommunikasiya və reklam agentliyi üzrə iş təcrübəsi üstünlük hesab olunur)
- Azərbaycan, Rus və İngilis dili mükəmməl səviyyədə (mətnlərin hər 3 dildə yaradılması vacib olduğundan, dil bilikləri olan namizədlərə üstünlük veriləcəkdir)
- MS Office proqramları üzrə biliklər
- Kopiraytinq (uyğun mətnlərin yığılması) bacarığı
- Vendorlarla işləmə bacarığı
- Təşkilatçılıq bacarığı
- Vaxtın düzgün idarə olunması bacarığı
- Eyni vaxtda müxtəlif tapşırıqları yerinə yetirmə qabiliyyəti
- Təzyiq altında işləmə bacarığı
- Tapşırıqların idarə olunması üzrə alət və proqramlardan istifadə (Trello);
- Böyük müştəri bazası ilə işləmə
- Yeni məlumatları tez qəbuletmə, dəyişikliklərə və çətinliklərə uyğunlaşma bacarığı
- Partnyorlar ilə əməkdaşlıq etmə bacarığı
- Təşəbbüskarlıq və yaradıcılıq
- Yeni trendlərdən xəbərdar olmaq
- Agile iş şəraitində təcrübəyə üstünlük verilir