İnzibati, Biznes və İdarəetmə

Aztelekom

Əlavə dəyər xidmətlərinin araşdırılması üzrə inzibatçı

Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2024-05-03

Təsvir:

  • Tələb olunan multimedia xidmətlərinin verilməsi zamanı avadanlıqların sazlanması və dayanıqlı işinin təmin edilməsi;
  • GPON və LTE texnologiyalarının,multimedia xidmətlərinin, ADSL internet kanalının, ayrılmış internet kanallarının (AİK), ethernet port xidmətlərinin tətbiqi;
  • Sahədə quraşdırılan taksafon aparatlarının dislokasiyası üzrə təkliflərin verilməsi;
  • Müvafiq sahə üzrə mövcud qayda və standartlara uyğun olmadan təşkil edilən telekommunikaiya xidmətlərin (danışıq trafikinin) aşkarlanması və qarşısının alınması ilə bağlı aidiyyəti qurumlarla birlikdə tədbirlər görülməsi;
  • Cəmiyyətdə mövcud olan qayda və təlimatların tələblərinə uyğun fəaliyyət göstərilməsi;
  • Bütün nöqsanlar və aşkar edilən faktlar barəsində şöbə müdirinə dərhal məlumat verilməsi;
  • Alınmış nəticələri təhlili və istismarın təkmilləşdirilməsi üçün təkliflər verilməsi.

Tələblər:

  • Telekommunikasiya və ya texniki ixtisaslar üzrə ali təhsil;
  • Sahəsi üzrə 3 il iş təcrübəsi;
  • İnformasiya kommunikasiya texnologiyaları şəbəkəsi üzrə nəzəri və praktiki biliklərə sahib olmalıdır;
  • Peşəkar şifahi və yazılı ünsiyyət bacarığı;
  • Azərbaycan dilini sərbəst bilməli (ingilis və rus dillərini bilməsi arzu olunandır);
  • Kompyuter bilikləri üzrə: MS Office və Outlook proqramları üzrə sərbəst işləmə bacarığına malik olmalıdır;
  • Əməyin mühafizəsi və yanğın təhlükəsizliyi üzrə qaydaları bilməlidir.