Mühəndislik
Aztelekom
Tarix: 2024-08-15
Əməyin mühafizəsi üzrə mühəndis
Əməyin mühafizəsi üzrə mühəndis
Təsvir
- Cəmiyyətdə qəzaların, peşə xəstəliklərinin və xəsarətalmaların qarşısının alınmasına yönəlmiş hüquqi, təşkilati-texniki, sanitariya-gigiyenik, sosial-iqtisadi və müalicəvi-profilaktik tədbirlərin icrasını təmin edir.
- Fəaliyyətini Sağlamlıq, Əmək Qanunvericiliyi, Ətraf Mühitin Mühafizəsi və Yanğından Mühafizə Qaydalarına, eyni zamanda Azərbaycan Respublikasının aidiyyati Qanunvericiliyinə əsasən və yenilikləri nəzarə almaqla icra edir;
- Səlahiyyətləri çərçivəsində yeni Qaydaların, Prosseslərin, Prosedurların, Daxili normativ aktların və sahə standartlarının işlənilməsində iştirak edir;
- Əməyin mühafizəsi ilə əlaqadar sanitar-gigiyena norma və qaydalarına riayət edilməsinə nəzarət edir və lazımi tövsiyələr verir;
- İşçilərin fərdi mühafizə vasitələri ilə təmin olunmasına nəzarət edir;
- Tabeli qurumların (RXM-lər) işçiləri tərəfindən əmək qanunvericiliyinin və Sağlamlıq, Əmək Qanunvericiliyi, Ətraf Mühitin Mühafizəsi və Yanğından Mühafizə tələblərinə riayət etmələrinə nəzarət edir;
- Yanğın təhlükəsizliyi tədbirlərinin işlənib hazırlanmasında, profilaktik tədbirlərin həyata keçirməsində şöbələr üzrə SƏTƏMM mühəndislərinə metodiki köməklik göstərir və lazım gəldikdə metodiki və metodoloji tövsiyələrini verir.
- Cəmiyyətin KNƏM şöbəsi rəhbərinin yazılı və şifahi tapşırıqlarını yerinə yetirir.
- Istehsalat travmatizminin, peşə xəstəliklərinin və istehsalat amilləri ilə şərtlənən xəstəliklərin vəziyyətinin və səbəblərinin uçotunu və təhlilini aparır.
- Bina, qurğu və avadanlıqların, mexanizmlərin, rabitə dirəklərinin, kabel kanailzasiya qurğularının və digər aparatların texniki vəziyyətinin əməyin təhlükəsizliyi normalara, qaydalara uyğunluğuna və həmçinin ventilyasiya sistemlərinin, sanitar-məişət otaqlarının vəziyyətinə qulluq olunmasına düzgün nəzarətin aparılmasını yoxlayır;
- Təhlükəsiz iş şəraitinin yaradılmasında və yaxşılaşdırılmasında iştirak edir və lazım gəldikdə müvafiq metodiki və metodoloji köməklik göstərir.
- SƏTƏMM üzrə aylıq, rüblük, yarımillik və illik yekun statistik hesabatları tərtib edərək, KNƏM şöbəsinin müdirinə vaxtında təqdim edir.
- Şöbə üzrə SƏTƏMM planını tərtib edir və baş idarənin KNƏM şöbəsinə təqdim edir.
- İş sahələrində işçilərin sağlamlığına və həyatına təhlükə yaradan işləri saxlayır və bu barədə rəhbərliyi məlumatlandırır.
- Təhlükə potensiallı işlərin və layihələrin risklərinin qiymətləndirilməsinə və həmçinin bu sənədi, kənar təşkilatlar tərəfindən RXM ərazisində görüləcək riskli işlərlə bağlı tələb edir və o təqdim olunmayana qədər işlərin icrasına icazə vermir.
- SƏTƏMM üzrə tabeli qurumlarda aparılan qeydiyyatların (sənədləşmənin) düzgün və vaxtlı-vaxtında aparılmasına nəzarət edir, lazımi tövsiyələrini verir və ehtiyac duyulduqda metodiki və metodoloji köməklik göstərir.
- Əməyin mühafizəsi üzrə mühəndis tabeli qurumlarda və baş idarədə icra olunan SƏTƏMM prosedurlarına əməl olunmasına nəzarət edir.
Tələblər
- Ali texniki təhsilə malik olmalidır;
- SƏTƏMM üzrə ən azı üç il təcrubəsi olmalıdır;
- Azərbaycan dilini mükəmməl bilməlidir, İngilis və Rus dillərini bilməsi arzu olunandır;
- SƏTƏMM və yanğın təhlükəsizliyi üzrə qaydaları və normativləri mükəmməl bilməlidir;
- Kompüter bilikləri üzrə : MS Office, Outlook, Power Point və ya onu əvəzləyən programları mükəmməl bilməlidir;
- İşgüzar yazışma qaydalarını bilməlidir;
- Öz sahasi üzrə təlim-tədris materiallarını və testləri hazırlama bacarığına malik olmalıdır;
- Peşəkar ünsiyyət bacarıqlarına malik olmalıdır;
- Kreativ düşüncəyə malik olmalıdır.
Tarix: 2024-08-15
Baku Azerbaijan
Bakujobs.az
Müraciyət
et
Daha çox oxşar vakansiya:
Daha çox blog yazılarımız: