İnzibati, Biznes və İdarəetmə

Aztelekom

Etika və Komplayens üzrə Baş Mütəxəssis

Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2024-03-16

Təsvir:

  • Şirkətdaxili tənzimləyici sənədlərin (siyasət, qayda, təlimat, prosedur və s.) hazırlanması, ekspertizasının həyata keçirilməsi və cari komplayens tələblərinə uyğunlaşdırılmasının həyata keçirilməsi;
  • Qanunvericilikdə baş vermiş dəyişiklikləri izləmək və həmin dəyişikliklərin biznes proseslərinə təsiri ilə bağlı tədbirlərin görülməsi barədə təkliflər vermək;
  • Şirkət daxilində “Maraqların toqquşması” hallarına nəzarət etmək və qeydiyyatını aparmaq;
  • Komplayens risklərinin müəyyənləşdirilməsi məqsədilə biznes proseslərinin təhlili və risklərin idarə edilməsi ilə bağlı təkliflərin verilməsi;
  • Şirkətin müəyyən edilmiş korporativ idarəetmə məqsədlərinə çatmağa kömək edən əsaslandırılmış korporativ siyasət və strategiyaları tövsiyə etmək;
  • Şirkətin etik davranış qaydalarını hazırlamaq, ehtiyac olduqda dəyişikliklər edilməsini təklif etmək;
  • Etik davranış qaydalarının tətbiqinə nəzarət etmək;
  • Komplayenslə əlaqədar şikayətləri araşdırmaq və qiymətləndirmək;
  • Şirkətin biznes proseslərinin qanunvericiliyə və daxili qaydalara uyğunluğu barədə birbaşa rəhbərinə hesabatlar təqdim etmək;
  • Komplayens sahəsində daxili normativ sənədlərin aktual saxlanılması prosesini və tətbiqinə nəzarəti təmin etmək;
  • Birbaşa rəhbər tərəfindən həvalə edilmiş komplayens üzrə digər tapşırıqları yerinə yetirmək.

Tələblər:

  • Ali təhsil;
  • Komplayens üzrə sertifikatlara malik olmaq;
  • Müvafiq sahə üzrə ən az 3 il iş təcrübəsi;
  • Microsoft Office proqramları ilə peşəkar işləmə bacarığı;
  • Operativ və düzgün qərar vermə qabiliyyəti;
  • Təşkilati bacarıqlar (korporativ yazışma qaydaları, vaxtın idarə edilməsi, planlaşdırma, kommunikasiya və s.);
  • Konfidensial və həssas məlumatlarla işləmək bacarığı;
  • Normativ sənədlər, siyasət, prosedur və metodoloji sənədlərlə işləmə bacarıqları;
  • Dil bilikləri: Azərbaycan dili sərbəst; ingilis dili əla; rus dili (arzuolunan).