Hüquq və məhkəmə xidmətləri
Hüquqşünas
Təsvir:
- Şirkətin fəaliyyətinə hüquqi dəstək vermək, hüquqi rəy tərtib etmək
- Cəmiyyətdaxili əmr, təlimat, qayda, prosedur, proses və digər normativ sənədləri tərtib etmək, onlara dair rəy vermək və ya həmin sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək
- Dövlət orqanlarında Cəmiyyəti təmsil etmək, onların sorğularını cavablandırmaq və müvafiq sənədləri hazırlamaq
- Müqavilə layihələrini tərtib etmək, həmçinin hüquqi rəy üçün daxil olan müqavilə layihələrinə rəy vermək
- Cəmiyyətin təsis sənədlərinə dəyişikliklərin dövlət qeydiyyatına alınması üçün zəruri sənədləşməni təşkil etmək
- Cəmiyyətin əqli mülkiyyət hüquqlarını qorumaq, əmtəə nişanlarının, patent hüquqlarının əldə edilməsi ilə bağlı hüquqi dəstək göstərmək
- Birbaşa rəhbərinin hüquq xarakterli digər tapşırıqlarını yerinə yetirmək.
Tələblər:
- Ali hüquq təhsili olmalı
- Korporativ hüquq sahəsi üzrə müvafiq iş təcrübəsinə malik olmalı
- Normativ-hüquqi aktlarla və onların tətbiqi qaydaları ilə iş təcrübəsi olmalı
- Şirkətdaxili normativ sənədlərin, prosedurların tərtib edilməsi təcrübəsi olmalı
- Korporativ idarəetmə sənədləri ilə iş təcrübəsi olmalı
- Yerli və xarici tərəfdaşlarla müqavilələrlə iş təcrübəsi olmalı
- Hüquq xarakterli sənədlərin sistemləşdirilməsi və qeydiyyatı qaydalarını bilməli
- Hüquqi nitq və yazışma qabiliyyəti olmalı
- Azərbaycan dilini sərbəst, ingilis dilini yüksək səviyyədə bilməli
- Microsoft Office proqramlarını sərbəst istifadəçi səviyyəsində bilməli
- Yüksək ünsiyyət, komandada iş və analitik təhlil bacarıqlarına malik olmalı
- İşgüzar, təşəbbüsçü və məsuliyyətli olmalı.