Keyfiyyət üzrə şöbə müdiri
Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2026-01-08
Təsvir
"Aztelekom" olaraq Azərbaycanın hər nöqtəsində həyatlara toxunur, rəqəmsal gələcəyi inşa edirik. Komandamıza qoşul və bu gələcəyin bir hissəsi ol!
Səni hansı missiya gözləyir?
- Keyfiyyət İdarəetmə Sisteminin (KİS) qurulması, tətbiq edilməsi və davamlı inkişafının təmin edilməsi.
- ISO 9001 və digər müvafiq standartlara uyğun prosedurların hazırlanması və icrasına nəzarət.
- Keyfiyyət siyasəti və məqsədlərinin müəyyən edilməsi və yerinə yetirilməsinin izlənməsi.
- Keyfiyyət risklərinin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və idarə olunması.
- İşçilər üçün keyfiyyət üzrə təlim və maarifləndirmə proqramlarının təşkili.
- Keyfiyyət göstəricilərinin təhlili və rəhbərliyə mütəmadi hesabatların təqdim olunması.
- İstehsalat, satınalma, logistika və digər şöbələrlə koordinasiyanın həyata keçirilməsi.
- Daxili və xarici auditlərin planlaşdırılması, keçirilməsi və nəticələr üzrə tədbirlərin hazırlanması.
- Uyğunsuzluqların aradan qaldırılması, düzəldici və qabaqlayıcı tədbirlərin icrasına nəzarət.
- ISO 9001, ISO 14001 və ISO 45001 üzrə sertifikatlaşma prosesinə hazırlığın təmin edilməsi.
- Keyfiyyətlə bağlı normativ sənədlərin (siyasət, qaydalar, təlimatlar) hazırlanması və tətbiqinə nəzarət.
- Keyfiyyətə nəzarət şöbəsinin fəaliyyətinə rəhbərlik və komanda inkişafının dəstəklənməsi.
Tələblər
Səndən gözlədiklərimiz:
- Mühəndislik, idarəetmə və ya keyfiyyət sahəsi üzrə ali təhsil.
- Keyfiyyət idarəetməsi sahəsində minimum 10 il peşəkar iş təcrübəsi.
- ISO 9001 üzrə Lead Auditor sertifikatı və real audit təcrübəsi.
- ISO üzrə daxili auditor və/və ya Keyfiyyət Meneceri sertifikatları — üstünlük.
- Excel daxil olmaqla ofis proqramları ilə yüksək səviyyədə işləmə bacarığı və analitik hesabat hazırlamaq qabiliyyəti.
- Azərbaycan dili — sərbəst; ingilis dili biliyi — üstünlük veriləcək.
- Keyfiyyət üzrə siyasət, prosedur və digər sənədlərin hazırlanması bacarığı.
- Güclü analitik düşüncə, operativ qərarvermə və problem həll etmə bacarığı.
- Yüksək diqqət, məsuliyyət və prosedurlara ciddi riayət etmə.
- Auditlərin planlaşdırılması, keçirilməsi və nəticələrin izlənməsi bacarığı.
- Proseslərin analizi, ölçülməsi və davamlı yaxşılaşdırma metodologiyaları üzrə biliklər.
- Liderlik, koordinasiya və komanda idarəetməsi üzrə güclü bacarıqlar.
Vakansiya haqqında
- Vakansiya növü Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.