Hüquq və məhkəmə xidmətləri

Aztelekom

Korporativ hüquqşünas

Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2024-06-03

Təsvir:

  • Şirkətin fəaliyyətinə hüquqi dəstək vermək, hüquqi rəy tərtib etmək və hüquqi təhlil işini icra etmək.
  • Cəmiyyətdaxili əmr, təlimat, qayda, prosedur, proses və digər normativ sənədləri tərtib etmək, onlara dair rəy vermək və ya həmin sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək.
  • Dövlət orqanlarında Cəmiyyəti təmsil etmək, onların sorğularını cavablandırmaq və müvafiq sənədləri hazırlamaq.
  • Müqavilə layihələrini tərtib etmək, həmçinin hüquqi rəy üçün daxil olan müqavilə layihələrinə rəy vermək.
  • İcrası planlaşdırılan kommersiya layihələrinin hüquqi ekspertizasını həyata keçirmək.
  • Cəmiyyətin təsis sənədlərinə dəyişikliklərin dövlət qeydiyyatına alınması üçün zəruri sənədləşməni təşkil etmək.
  • Cəmiyyətin əqli mülkiyyət hüquqlarını qorumaq, əmtəə nişanlarının, patent hüquqlarının əldə edilməsi ilə bağlı hüquqi dəstək göstərmək.
  • İnzibati xəta üzrə və ya cinayət işləri üzrə Cəmiyyəti təmsil etmək.
  • Birbaşa rəhbərinin hüquq xarakterli digər tapşırıqlarını yerinə yetirmək.

Tələblər:

  • Ali hüquq təhsili olmalı.
  • Korporativ hüquq sahəsi üzrə ən az 1 (bir) il iş təcrübəsinə malik olmalı.
  • Normativ-hüquqi aktlarla və onların tətbiqi qaydaları ilə iş təcrübəsi olmalı.
  • Şirkətdaxili normativ sənədlərin, prosedurların tərtib edilməsi təcrübəsi olmalı.
  • Korporativ idarəetmə sənədləri ilə iş təcrübəsi olmalı.
  • Yerli və xarici tərəfdaşlarla müqavilələrlə iş təcrübəsi olmalı.
  • Hüquq xarakterli sənədlərin sistemləşdirilməsi və qeydiyyatı qaydalarını bilməli.
  • Hüquqi nitq və yazışma qabiliyyəti olmalı.
  • Azərbaycan dilini sərbəst, ingilis və rus dilini yüksək səviyyədə bilməli.
  • Microsoft Office proqramlarını sərbəst istifadəçi səviyyəsində bilməli.
  • Yüksək ünsiyyət, komandada iş və analitik təhlil bacarıqlarına malik olmalı.
  • İşgüzar, təşəbbüsçü və məsuliyyətli olmalı.