Linux Sistem Administratoru
Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2024-11-03
Təsvir
- Sistem inzibatçısı fəaliyyətini Məlumat Sistemlərinin idarəedilməsi prosesinə dair, eyni zamanda Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən və yenilikləri nəzarə almaqla aparır.
- Yetkinlikləri və səlahiyyətləri çərçivəsində yeni Qaydaların, Prosseslərin, Prosedurların, Daxili normativ aktların tərtibatında iştirak edir.
- Sistem inzibatçılığı Sektoru üzrə email, rəsmi sənəd və ya telefon vasitəsilə daxil olan sorğuları cavablandırır.
- Linux serverlərin qurulması, sazlanması, idarə edilməsi, təkmilləşdirilməsi, ehtiyat surətlərin yaradılması, mütəmadı ehtiyat surətlərdən bərpası proseslərini həyata keçirdir.
- Linux serverlərin qurulmasını və vaxtında istismara verilməsini həyata keçirir.
- Aztelekom MMC-nin İnformasiya Texnologiyaları Departamentinin Serverlər bazasına dair mövcud və gələcək layihələrin planlaşdırılmasında və icrasında iştirak edir.
- “Aztelekom” MMC-in İnformasiya Texnologiyaları Departamentin yeni layihələrinin və həllərin labaratoriyalarda simulasiya edilib test edilməsi işlərinin təşkili və icra edilməsini təmin edir.
- “Aztelekom” MMC-in Serverlərin təhlükəsizliyinin təmin edilməsini təşkil edir.
- “Aztelekom” MMC-in İnformasiya Texnologiyaları Departamentindəki server əməliyyat sistemlərinin, proqram yenilənməsi, miqrasiya kimi işlərin planlaşdırılması və icra edilməsində iştirak edir.
- İnformasiya Texnologiyaları Departamentin proyektlərinin yüksək səviyyədə başa çatdıra bilmək üçün departamentin digər mütəxəsisləri ilə qarşılıqlı fəaliyyət göstərir.
- İnformasiya Texnolgiyaları Departamentin yeni texnologiyarının öyrənilməsində və Linux Server biliklərinə dair zəruri sertifikatların əldə etməsi istiqamətində çalışır.
- Təşkilatın məlumat bazalarına, serverlərinə, serverə aid şəbəkə konfiqurasiyasında texniki dəstəyi həyata keçirdir.
- Departamentin digər struktur bölmələri ilə qarşılıqlı fəaliyyət göstərir.
Tələblər
- İnformasiya Texnologiyaları və ya oxşar sahə üzrə Ali Texniki Təhsilə malik olmalidır.
- Məlumat bazası sahəsi üzrə azı 2 il əmək stajına malik olmalıdır.
- Şəbəkə haqqında ümumi biliklər.
- Azərbaycan dilini mükəmməl bilməlidir, İngilis və Rus dillərini bilmək arzu olunandır.
- Azərbaycan Respublikasının İnformasiya Texnologiyaları üzrə Qanunvericiliyini mükəmməl bilməlidir.
- Red HaT Enterprise,Centos,Ubuntu,Debian əməliyyat sistemləri üzrə bilik və iş təcrübəsi.
- MySQL,MongoDB və ya digər verilənlər bazasının konfiqurasiyası, idarəedilməsi haqqında ümumi biliklərə malik olmalıdır.
- Məlumat Bazasının klasterizasiyası, replikasiyası, modelləşdirilməsi və dizaynı haqqında biliklərə malik olmalıdır.
- Container provisioning, orchestration üzrə biliklər (Docker, Kubernetes),Web serverlərin qurulması, konfiqurasiyası və idarəedilməsi (Nginx,Apache,Tomcat və s.) üzrə biliklərə sahib olmalıdır.
- Log collection, aggregation, parsing, analysis, archiving (Zabbix,PRTG,CACTİ və s.)üzrə biliklərə sahib olmalıdır.
- Məlumat bazasının ehtiyat nüsxəsinin çıxardılması, yoxlanılması üzrə iş bacarığı olmalıdır.
- Texniki sənədlərin ingilis dilində oxunması və başa düşülməsinə dair biliklər.
- Virtualizasiya texnologiyaları üzrə (Vmware, HyperV,Proxmox) biliklərə sahib olmalıdır.
Vakansiya haqqında
Son tarix Noyabr 12, 2024
Paylaşılıb Oktyabr 3, 2024
Vakansiya növü Tam ştat