Mühəndislik
Memar-mühəndis
Təsvir:
- Layihələndirilən obyektə dair tələbləri müəyyən etmək
- Layihənin icrası zamanı mövcud dəyişikliklərə düzəlişlər etmək
- Layihə-smeta sənədlərinin vaxtında təhvil verilməsini təmin etmək
- Obyektə ilkin baxış keçirmək və ölçü vərəqəsində qeydlər etməklə ölçü işlərini aparmaq
- Layihələrin vaxtında və büdcə daxilində çatdırılmasını təmin etmək üçün konseptuallaşdırmadan tamamlamaya qədər dizayn işlərini icra etmək
- Eskiz və işçi layihələrini hazırlamaq
- İlkin eskizin/cizginin əl ilə və yaxud müvafiq kompüter proqramları vasitəsilə hazırlanmasını təmin etmək
- İlkin eskiz/cizgini aidiyyəti şəxslərlə müzakirə etmək və razılaşdırmaq
- Mürəkkəb dizayn məsələlərini həll etmək
- Layihələrin memarlıq hissəsini hazırlamaq və fasadları yığmaq
- Layihə olunmuş obyektlərin tikintisinə müəllif nəzarətini həyata keçirmək, istifadə olunan tikinti materiallarının, konstruksiyaların, layihə üzrə təsdiq olunmuş məmulatların standartlara və tikintidə texniki şərtlərə uyğunluğuna nəzarət etmək
- Memar - dizayn layihələrini oxuya bilmək və iş paketlərinin hazırlanmasına köməklik göstərmək
- Rəhbərliyin vəzifə ilə bağlı müvafiq tapşırıqlarının yerinə yetirilməsini və təhvil verilməsini təmin etmək.
Tələblər:
- Memarlıq sahəsi üzrə ali təhsil
- Sahə üzrə ən az 3 il iş təcrübəsi
- Portfolionun olması arzuolunandır
- MS Office, AutoCad, Archicad, 3DsMax, proqramlarında professional səviyyədə işləmə bacarığı (Lumion, Revit, SketchUp arzu olunandır)
- Memarlıq layihələri, eskiz, baş plan, işçi layihələrin hazirlanmasını yaxşı səviyyədə bilməli
- Azərbaycan dilini mükəmməl bilməli, İngilis və Rus dilləri arzu olunandır