Satınalma şöbəsinin müdiri
Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2024-04-28
Təsvir:
- Cəmiyyətin bütün satınalma işlərinin həyata keçirilməsini təmin etmək
- “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq satınalma prosedurlarının həyata keçirilməsi, tenderin əsas şərtlər toplusunun, iclas protokolunun, yekun protokolun hazırlanması və komissiya üzvləri tərəfindən təsdiq edilməsi üçün zəruri tədbirlərin görülməsini təşkil etmək
- Cəmiyyətin şöbə, departament və struktur bölmələrindən əldə olunan məlumata əsasən mallara (işlərə, xidmətlərə) olan illik tələbatı proqnozlaşdırmaq
- Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq tender, kotirovka, təklif sorğularının keçirilməsini təşkil etmək
- İllik satınalma planına əsasən satın alınacaq mallar (işlər, xidmətlər) üçün qiymət araşdırmasının aparılmasını təmin etmək
- Satınalan təşkilatın tender şərtlərini əks etdirən və iddiaçılara təqdim edilən Şərtlər toplusunu hazırlamaq
- Satınalma müsabiqəsində iştirak edən iddiaçıların ixtisas göstəricilərinin uyğunluğunu müəyyən etmək
- Dövlət satınalmalarının vahid internet portalında müsabiqələr barədə elanların yerləşdirilməsinə nəzarət etmək
- Sifarişlər üzə bazar araşdırması aparmaq
- Təchizat müqavilələrinin şərtlərinin təhlilinə və tədarükün etibarlılığına dair təlimat vermək
- Satınalan təşkilatla malgöndərən (podratçı) arasında tərəflərin öhdəliklərini müəyyənləşdirən müvafiq müqaviləni hazırlamaq
- Rəhbərliyə satınalma prosedurları haqqında hesabatı təqdim etmək
- Cəmiyyətin aidiyyəti struktur bölmələri, tabeliyində olan hüquqi şəxs statuslu qurumları habelə hüquqi şəxs statusuna malik olmayan struktur vahidləri ilə qarşılıqlı fəaliyyət göstərmək
- Fəaliyyəti ilə əlaqədar zərurətdən irəli gələn müvafiq təkliflər və tövsiyələr hazırlayıb rəhbərliyə təqdim etmək
- Öz səlahiyyətləri çərçivəsində bütün meydana çıxan çatışmazlıqlar barədə departament direktoruna məlumat vermək.
Tələblər:
- Ali təhsil
- Satınalma sahəsi üzrə 10 il iş təcrübəsi (ən azı 3 il rəhbər vəzifəsində olmalı;ən az 3 il Dövlət satınalma proseslərinə rəhbərlik etməlidir)
- Azərbaycan dilini sərbəst bilməli (ingilis və rus dillərini bilməsi arzu olunandır)
- Peşəkar şifahi və yazılı ünsiyyət bacarığı
- Liderlik, təşkilatçılıq bacarıqlarına malik olmalıdır
- Öz işinə göstərdiyi münasibəti və davranışı ilə kollektivdə pozitiv komanda ruhu yaratmalıdır
- Nəzakətli və dürüst olmalıdır
- Laqeydlikdən, kobudluqdan uzaq olmalı və etik davranış qaydalarına riayət etməlidir
- Öz səhvlərini gizlətməməli və etiraf etməlidir
- Maraqların münaqişəsi hallarının qarşısını almalıdır
- Analitik düşüncə qabiliyyətinə malik olmalı
- Sahəsi üzrə sənədləri tərtib etmə bacarığına malik olmalı
- Öz sahəsi üzrə qüvvədə olan normativ hüquqi və təlimat-metodik sənədləri bilməlidir
- CİPS sertifikatının olması arzuolunandır