Mühəndislik

Aztelekom

Şəbəkə texnologiyaları üzrə mühəndis

Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2024-09-05

Təsvir

  • Konfiqurasiya və Texniki Dəstək:
  • MPLS əsaslı VPN-lərin qurulması və idarə edilməsi.
  • Şəbəkə avadanlıqlarının konfiqurasiyası və optimallaşdırılması.
  • Şəbəkə Performansının Monitorinqi:
  • MPLS şəbəkəsinin performansını müntəzəm olaraq izləmək və monitorinq etmək.
  • Performans analizləri aparmaq və şəbəkə yüklənmələrini balanslaşdırmaq.
  • Şəbəkədəki problemləri aşkar etmək və aradan qaldırmaq.
  • Protokolların İdarə Edilməsi:
  • MPLS şəbəkəsində müxtəlif şəbəkə protokollarının (OSPF, BGP, LDP, RSVP-TE, ISIS və s.) idarə edilməsi.
  • Protokolların konfiqurasiya edilməsi və performansının izlənməsi.
  • Şəbəkə protokollarının optimallaşdırılması və təkmilləşdirilməsi.
  • Yeniləmələr və Təkmilləşdirmələr:
  • Şəbəkə avadanlıqlarının və proqram təminatlarının müntəzəm olaraq yenilənməsi.
  • Şəbəkə infrastrukturunun təkmilləşdirilməsi və yeni texnologiyaların tətbiqi.
  • Dokumentasiya və Hesabatlar:
  • Şəbəkə infrastrukturunun və dəyişikliklərin dokumentasiyası.
  • Şəbəkə performansına dair hesabatların hazırlanması və təqdim edilməsi.
  • Texniki sənədlərin və təlimatların yazılması.

Tələblər

  • Ali təhsil.
  • Şəbəkə avadanlıqları və protokolları ilə iş təcrübəsi.
  • İngilis dili bilikləri (şifahi və yazılı)
  • MPLS şəbəkəsi və VPN texnologiyaları haqqında dərin bilik.
  • Şəbəkə protokolları (OSPF, BGP, LDP, RSVP-TE, ISIS və s.) haqqında geniş bilik.
  • Şəbəkə avadanlıqlarının konfiqurasiyası və texniki dəstək bacarıqları.
  • İT sənədlərinin və hesabatların hazırlanması bacarığı.
  • Analitik düşüncə  və problemləri həll etmə bacarıqları.
  • Komanda ilə işləmə və müştəri ilə ünsiyyət bacarıqları.