SƏTƏM üzrə şöbə müdiri
Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2026-01-08
"Aztelekom" olaraq Azərbaycanın hər nöqtəsində həyatlara toxunur, rəqəmsal gələcəyi inşa edirik. Komandamıza qoşul və bu gələcəyin bir hissəsi ol!
Səni hansı missiya gözləyir?
- SƏTƏM siyasətinin və təhlükəsizlik idarəetmə sisteminin hazırlanması, tətbiqi və təkmilləşdirilməsi.
- ISO 45001 və ISO 14001 tələblərinə uyğunluğun təmin edilməsində iştirak və sertifikasiyaya hazırlıq.
- Şöbələrdə və podratçılarda SƏTƏM tələblərinə əməl olunmasının yoxlanılması və uyğunluq hesabatlarının hazırlanması.
- İşçi heyəti üçün SƏTƏM təlimlərinin, maarifləndirmə proqramlarının və sertifikatlaşdırmanın təşkil edilməsi.
- Risklərin qiymətləndirilməsi, Risk Register-in idarə olunması və riskləri azaltmaq üçün tədbirlərin planlaşdırılması və icrası.
- Yeni avadanlıq və layihələr üçün ilkin SƏTƏM qiymətləndirmələrinin aparılması.
- Qəza, hadisə və peşə xəstəlikləri üzrə araşdırmaların keçirilməsi, səbəblərin müəyyənləşdirilməsi və təkrarlanmanın qarşısını alma tədbirlərinin tətbiqi.
- Həftəlik, aylıq və illik SƏTƏM hesabatlarının hazırlanması və rəhbərliyə təqdim olunması.
- Daxili auditlərin təşkil olunması, nəticələr əsasında tədbirlər planlarının hazırlanması və izlənməsi.
- SƏTƏM və əməliyyatlar üzrə iclasların keçirilməsi və protokolların hazırlanması; müəssisəni dövlət qurumları və auditorlar qarşısında təmsil etmək.
- Əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi və ətraf mühitlə bağlı təkliflərin hazırlanması və tətbiqinin dəstəklənməsi.
- SƏTƏM komandası ilə əməkdaşlıq edərək gündəlik fəaliyyətin və hesabatların idarə olunması.
Səndən gözlədiklərimiz:
- Bakalavr təhsili (SƏTƏM, mühəndislik və ya idarəetmə sahələri üstünlükdür)
- SƏTƏM üzrə minimum 10+ il təcrübə
- NEBOSH, IOSH və ya OSHA sertifikatı
- Azərbaycan dili – sərbəst; İngilis dili biliyi – üstünlükdür
- SƏTƏM sənədlərinin hazırlanması bacarığı
- Yüksək analitik düşünmə
- Güclü kommunikasiya, komanda idarəetməsi və koordinasiya bacarığı
- Qaydalar və prosedurlara ciddi riayət
- Yüksək məsuliyyət, diqqətlilik və operativ problem həlli bacarığı
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.