Təlim və İnkişaf üzrə mütəxəssis
Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2025-09-09
"Aztelekom" olaraq Azərbaycanın hər nöqtəsində həyatlara toxunur, rəqəmsal gələcəyi inşa edirik. Komandamıza qoşul və bu gələcəyin bir hissəsi ol!
Səni hansı missiya gözləyir?
- Təlim iştirakçıları ilə ilkin kommunikasiya və qeydiyyat işlərini aparmaq
- Sertifikatların hazırlanması və yayılması
- Təlimlərin foto və video çəkilişini təşkil etmək
- Təlim yerlərinin hazırlanmasına və texniki dəstəyə nəzarət
- Təlim sonrası iştirakçı rəylərini toplamaq və sistemə daxil etmək
- LMS-də istifadəçi hesablarının yaradılması və yenilənməsi
- Gündəlik sənədləşmənin aparılması və arxivləşdirmə işləri
- Təlim materiallarının hazırlanması
Səndə bunlar varsa, müraciət etməyə dəyər:
- Ali təhsil
- Min. 2 il HR və ya təlim sahədə təcrübə
- MS Office bacarıqları, təşkilatçılıq qabiliyyəti
- LMS və ya digər daxili platformalarda işləmə bacarığı
Biz nə təklif edirik?
- Peşəkar və dinamik komandada işləmək imkanı
- Karyera və şəxsi inkişaf üçün təlim və sertifikat proqramları
- Müasir texnologiyalarla işləmək fürsəti
- Korporativ tədbirlər və komanda fəaliyyətləri
- Rahat və motivasiyaedici iş mühiti
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.