İnzibati, Biznes və İdarəetmə

Aztelekom

Texniki Pasportlaşma üzrə Mütəxəssis (Xızı filialı)

Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2024-02-19

Təsvir:

  • Yetkinlikləri və səlahiyyətləri çərçivəsində yeni Qaydaların, Təlimatların, Prosseslərin, Prosedurların, Daxili normativ aktların tərtibatında iştirak edir;
  • Bütün region və filiallardan daxil olan sorğu və müraciətlərin operativ olaraq cavablandırılmasını, müvafiq texniki dəstəyin göstərilməsini təmin edir;
  • Daxil olmuş müraciətlərin vaxtında aradan qaldırılmasını təmin edir;
  • “Aztelekom” MMC üzrə bütün region və filiallardan bu sahə üzrə çalışan mütəxəsislərinin ümumi məsələlərlə məlumatlandırılmasını təmin edir;
  • Region və filiallardan statistik məlumatların alınmasını, analizlər aparılmasını və lazım olarsa zəruri tədbirlərin görülməsini təmin edir;
  • Texniki pasportlaşmaya aid təlimatda göstərilmiş vəzifələrini vaxtında və keyfiyyətli yerinə yetirir.
  • Şöbənin fəaliyyətinin keyfiyyətini artırılması məqsədi ilə, tabeçiliyində olan personala dəstək olur və onların öhdəliklərini üzərinə götürür;
  • Şöbənin rüblük, yarımillik və illik işini təhlil edir, fəaliyyəti barədə birbaşa rəhbərinə hesabat verir;

Tələblər:

  • Ali texniki təhsil;
  • Telekommunikasiya texnologiyaları sahəsində ən azı 2(iki) il profesional iş təcrübəsi olmalıdır;
  • Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksən Texnologiyalar haqqında qanunvericiliyinin əsaslarını bilməlidir;
  • Şəbəkədə istismarda olan avadanlıqların texniki xarakteristikalarını bilməlidir;
  • Tekekommunikasiya avadanlıqlarının və xətt şəbəkəsində olan hissələri (dirək, quyu və kabellər) bilməlidir;
  • Xətt şəbəkəsinin pasportlaşmasına aid olan sənədlərin tərtib etmə bacarıqlarına yüksək səviyyədə malik olmalıdır;
  • Öz sahəsi üzrə qüvvədə olan normativ hüquqi və təlimat-metodik sənədlərlə effektiv işləməyə bacarmalıdır;
  • Azərbaycan dilini mükəmməl bilməlidır;
  • Kompyuter bilikləri üzrə : MS Office proqramlarını mükəmməl bilməlidir. 
  • Öz sahəsi üzrə təlim-tədrisləri hazırlama qabliyyətinə malik olmalıdır;
  • İşgüzar yazışma əsaslarını bilməlidir;