Daxili nəzarət və təftiş üzrə kiçik mütəxəssis
Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2026-03-18
Vəzifə funksiyaları:
- Mağazalarda və Mərkəzi anbarda mövcud olan mal qalığının, eləcə də xəzinələrdə olan qiymətlilərin (nağd pul vəsaiti, hədiyyə kartları və s.) sayımının aparılması;
- ERP sistemindən hesabatların əldə edilməsi və faktiki nəticələrlə müqayisəsinin həyata keçirilməsi;
- Mağaza və Mərkəzi anbarda mövcud malların satışa yararlılıq vəziyyətinin müəyyən olunması üçün texniki baxışların keçirilməsi;
- Xüsusi meyarlar əsasında mağazalarda müşahidələrin aparılması, işçi heyətinə sualların verilməsi və fəaliyyətin qiymətləndirilməsi;
- Servis tərəfindən satışa yararsız hesab edilən malların məhv edilməsi prosesində iştirak və aktlaşdırılmanın təmin olunması;
- Audit nəticələrinə əsasən təqdim edilmiş tövsiyələrin icra vəziyyətinin monitorinqi;
- Görülmüş işlər üzrə ilkin hesabat məlumatlarının hazırlanması və rəhbərliyə təqdim olunması, təqdim edilən məlumatlarla bağlı sualların cavablandırılması;
Namizəddən tələblər:
- Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
- MS Office proqramlarında sərbəst işləmə bacarığı;
- Analitik düşünmə və təqdimat bacarığı;
- Operativ və düzgün qərarvermə bacarığı.
Müraciət et düyməsində qeyd olunan linkə keçid edərək qeydiyyatdan keçməklə müraciətinizi müvafiq vakansiya üzrə ünvanlaya bilərsiniz.