Nəqliyyat, paylama və logistika
Yük maşını sürücüsü
Tələblər:
- Yaş həddi: 25-50 yaş;
- B və C kateqoriyalı sürücülük vəsiqəsi;
- Böyük həcmli yük maşını idarə etməkdə 1-3 il iş təcrübəsi;
- Ağır, iri həcmli məhsullara işləmək qabiliyyəti;
- Komandada işləmək bacarığı;
- Loyallıq və şirkət qaydalarına riayət etmək;
Vəzifə öhdəlikləri:
- Avtomobilin texniki vəziyyətini yoxlamaq, gərəkli prosedurları həyata keçirmək;
- Məntəqədən çıxmazdan əvvəl maşını müvafiq qaydada qəbul etmək, avtotəsərrüfata qayıtdıqdan sonra təhvil vermək;
- Müəyyən olunmuş təyinat məntəqələri üzrə məhsulların daşınmasını həyata keçirmək;
- Şirkətdaxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət etmək;
İş Şəraiti:
- İş rejimi: 6 günlük – növbəli iş qrafiki;
- Əmək haqqı: 670 AZN Gross;
- İş yeri: Hökməli qəsəbəsi;
- Əlaqə nömrəsi: 055 414 51 23 / 055 203 66 14
Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində “Yük maşını sürücüsü” qeyd etməklə elektron ünvanına göndərə bilərlər. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.