Pərakəndə satış və müştəri xidmətləri

Bank of Baku

Bank məhsullarının satışı bölməsinin rəhbəri

Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2025-02-07

Vəzifə öhdəlikləri:

  • Əməkdaşlarına kreditlərin ayrılması üçün potensial partnyorların banka cəlb edilməsini təmin edir.
  • Cəlb edilmiş müştərilərin qruplar üzrə partnyorluğa qəbul edilməsi üçün komitənin müzakirəsinə hazırlayır. 
  • İnnovativ layihələri (e-bankçılıq, elektron imza və s.) həyata keçirir və onların inkişafı istiqamətində müvafiq strukturlarla əməkdaşlıq edir
  • Bankın məhsul və xidmətləri ilə bilavasitə bağlı olan konfrans, sərgi, simpozium və digər tədbirlərdə Bankı təmsil edir; 
  • Potensial pərakəndə müştərilərin Banka cəlb olunması üçün alternativ satış kanallarını inkişaf etdirir; 
  • Aylıq, rüblük və illik hesabatlar hazırlayır;
  • İnnovativ layihələrdə iştirak edən partnyorları seçir və onlarla iş birliyi qurur;
  • Bölmənin işini təşkil edir və effektiv fəaliyyət göstərməsini təmin edir;
  • İllik plan üzrə bölmənin iş bölgüsünü müəyyən edir;

Tələblər:

  • Ali təhsil 
  • Sahə üzrə iş təcrübəsi- 3-5 il
  • Dil biliyi: Azərbaycan – Mükəmməl, Rus- Orta
  • CRM sistemləri və müvafiq satış proqramlarında işləmək bacarığı.

Biz sizə nə təklif edirik?

  • Karyera inkişafı üçün əlverişli mühit;
  • Fəaliyyət sahəsi üzrə təlimlərdə iştirak imkanı;
  • Komanda quruculuq tədbirlərində iştirak imkanı;
  • İdman zallarında endirim imkanları;
  • Mobil operatorun korporativ tariflərinə qoşulmaq imkanı;
  • Bölgələrdə yerləşən müxtəlif yüksək səviyyəli otellərdə endirimlər;
  • Könüllü tibbi sığorta;
  • Həyatın yığım sığortasına qoşulmaq imkanı.

Aşağıda qeyd olunan linkə daxil olaraq qeydiyyatdan keçib, müraciət edə bilərsiniz.